Sosial Mediada izləyin:

HAQQINDA

Müslümov Qurbanxan Fətəli oğlu

13178967_831896716916650_1678838877009583296_nMüslümov Qurbanxan Fətəli oğlu 2 mart 1968 tarixində anadan olub.1985-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş, 1992-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1993-1995-ci ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Cərrahlıq ixtisası üzrə kliniki ordinatura keçmişdir. 1995-ci ldən bu günə qədər M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Mədə-bağırsaq cərrahlığı şöbəsində kiçik elmi işçi, hazırda isə baş elmi işçi vəzifəsində işləyir.1999-cu ildə Öd yollarının çapıq strikturalarının cərrahi müalicəsi mövzusunda tibb elmləri namizədliyini müdafiə etmişdir. 2007-ci ildən M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Elmi Katib vəzifəsində işləyir.
2004-2009-cu illərdə Almaniyanın Mannhaym Universitet Klinikasının Cərrahiyyə bölümündə ümumi visseral və laparoskopik cərrah kimi çalışmış və visseral və laparoskopik cərrahiyyə üzrə ixtisaslaşmışdır. 2004-cü ildən bəri Almaniyanın Haydelberq Universitet Klinikası, Manhaym Universitet Klinikası, Siegen Marienkrankenhaus, Essen Krupp Krankenhaus və s. klinikalarında qara ciyər, mədəaltı vəzi, qida borusu, kolon və bagırsaq, laparoskopik cərrahiyyə, robotik cərrahiyyə, endokrin cərrahiyyə və s. ixtisaslar üzrə 1-6 aylıq ixtisas kurslarında olmuşdur. 2006-2009-cu illər ərzində Almaniya, Haydelberq Universiteti,Mannheim Cərrahlıq klinikasında doktorantura keçmişdir. 2010-cu ildə “Mədəaltı vəzinin xərçənginin cərrahi müalicəsi zamanı bəzi gen faktorlarının müalicənin nəticəsinə təsiri” mövzusunda doktorluq dissertasiyasi müdafiə edərək Tibb Elmləri Doktoru adına layiq görülmüşdür. 2014-cü ildən Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahlıq kafedrasının professorudur
Evlidir , 4 uşağı var.


Təcrübə portfeli:

Elmi təcrübə:

• 1993-1995- M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, kliniki ordinatura
• 1993-bu günə qədər- M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, baş elmi işçi
• 1997-bu günə qədər – M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin Elmi Katibi
• 2000- Namizədlik dissertasiyasının müdafiəsi
• 2004-2009 – Almaniyanın Heidelberg Universitetinin Mannhaym Cərrahlıq Klinikası, visseral və laparoskopik • cərrahiyyə üzrə felloşip və doktorant
• 2008 – Almaniyanın Heidelberg Universitetinin Mannhaym Cərrahlıq Klinikasında doktorluq dissertasiyasının habilitasiyası
• 2009 – Azərbaycanda doktorluq dissertasiyasının müdafiəsi
• 2008, 2011,2013, 2015,2016 – Beynəlxalq Tibbi Kongreslərinin təşkilatçısı və sədri
• 2008 – Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkili və həmsədri
• 2013-2015 – Avropa Tibb Universitetlərinin təsisçisi olduğu Davos Gastrointestinal Cərrahi Treyning Kurslarının Treyneri
• 2016 –Davos Gastrointestinal Cərrahi Treyning Kurslarının Fakültə üzvü
• Hepato-Pankreato-Biliar Cərrahlıq üzrə 5 aylıq ixtisas kursu, 2005
• Laparoskopik Cərrahiyyə üzrə 1 illik ixtisaslaşma kursu, 2009-2010, Almaniya

İş təcrübəsi

  • 1993- bu günə qədər M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ümumi, visseral və laparoskopik cərrah
  • 2004-2009 – Almaniyanın Mannheim Universitet klinikasında ümumi və visseral cərrah
  • 2014- İsveçrə Davos Gastrointestinal Cərrahiyyə Kursunun treyneri
  • 2014 – Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru

Bildiyi dillər:
Azərbaycan, Rus, Türk, İngilis, Alman

Diplom və sertifikatlar