Almaniyanın Köln şəhərində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin forumu başa çatdı.

Almaniyanın Köln şəhərində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin forumu başa çatdı.
İlk növbədə forumda iştirak üçün dəvətə görə Forumun təşkilatçılarına və tədbirin keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycanın Almaniyadakı Səfirliyi və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə öz təşəkkürümü bildirirəm.
Forum zamanı azərbaycanlı həkimlərimizin Almaniyada qazandıqları uğurlarını görmək çox xoş oldu. Görkəmli kardioloq Natiq Həsənovun sayılan bir akademik klinikanın direktoru olması, gənc neyrocərrah Ramazan Cabbarlının Almaniyanın sayılan Universitet Klinikalarından birinin professoru olması, tanınmış uşaq cərrahı Lətif doktorun digər bir Universitet Klinikasında Baş Həkim olması, Şalite Universitetinin məzunu, ginekoloq Xəyal Gasımlının Almaniyanın ESGO-da təmsilçisi olması və apardığı elmi tədqiqatların həcmi və dəyəri, 7 yaşında Fizulidən qaçqın düşmüş Cavid doktorun indi Almaniyanın sayılan ürək cərrahlarından biri olması və yeni süni ürək modeli üzərində işləməsi, ürək cərrahlığı üzrə Oberarzt Seymur Kərimlinin ürək transplantasiyası komandasının tərkib hissəsi olması, tədbirin əsas təşkilatçısı və Köln Universitet Klinikasında şöbə müdiri olan Nuran Abdullayevin radiologiya sahəsində təklif etdiyi yeni metodikanı eşitmək, Almaniyada azərbaycanlı Oberarztların (yüksək ixtisaslı həkimlər) sayının 50 nəfərə yaxın olması…. kimi faktları eşitmək insanın ürəyini qürur hissi ilə doldurur.
Tədbirdə uzun fasilədən sonra Almaniyada azərbaycanlı həkimlərin ugur qazanmasında əvəzsiz rolu olan Dr Vüqar Yaqublu ilə görüşmək, onun yeni ideyalarını eşitməkdən çox məmnun oldum.
Azərbaycan İcbari Tibbi Sığorta Agentliyinin Departament rəhbəri Araz Nəzirovun tədbirə qatılması, son vaxtlar xaricdə təhsil almış və çalışan mütəxəssislərimizin Azərbaycanda Tibbin inkişafına cəlb edilmələri barədə proyektin və səhiyyəmizin inkişafında müşahidə edilən pozitiv tendensiyaların aktiv müzakirəsi Almaniyada çalışan həkimlərimizdə çox xoş təəssüratlar yaratdı….
Biz sizin hər birinizlə fəxr edirik dostlar!