Düşənbə şəhərində keçirilən ustad dərsləri barədə elan!

Əziz həmkarlar, tələbələr, rezidentlər!
Məlumat üçün qeyd edək ki, hazırda Prof. Qurbanxan Müslümov Tacikistan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə Düşənbə şəhərindədir. Bu gün Tacikistan Respublikası Cərrahlar Cəmiyyətinin xüsusi növbədənkənar toplantısında onun məruzəsi və canlı yayımında sağ tərəfli D3 Laparoskopik Hemikoliektomiya və Laparoskopik düz bağırsağın ön rezeksiyası əməliyyatları icra ediləcək. Onların texnikası izah ediləcək və interaktiv müzakirələr aparılacaqdır. Əməliyyata və tədbirin gedişinə canlı yayımda baxmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.