ETMGİ ilə Almaz Akademie TTM birgə kurslar keçirtdi.

            31.03.2018-ci il tarixdə Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutu, Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti və AlmazAkademie Tibbi Treyninq Mərkəzinin birgə təşkilatçılığı ilə ETMGi-nun əməkdaşları üçün Histeroskopiya kursları keçirilmişdir. İnstitutun direktoru prof. Cəmilə Qurbanova giriş sözü ilə çıxış edərək belə kursların həkimlərin peşə qabiliyyətinin artırılması və ixtisaslaşması üçün vacib olduğunu xüsusi vurğulamaqla kurs iştirakçılarına uğurlar arzulamışdır. Daha sonra AlmazAkademie Tibbi Treyninq Mərkəzinin rəhbəri, M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin professoru Q. Müslümov dünyanın qabaqcıl ölkələrinin təcrünəsindən yararlanaraq belə kursların davamlı olaraq təşkil olunmasının zəruriyyətini qeyd edərək,bu işdə yaxından kömək göstərdikləri və hərtərəfli şərair yaratdıqları üçün professor C. Qurbanova başda olmaqla bütün institut kollektivinə, ekspertlərə və əməyi keçən hər bir kəsə öz minnətdarlığını bildirmişdir.
Avropada qəbul edilmiş tədris programları əsasında təcrübəli treynerlər Qurbanxan Müslümov,Turab Canbaxışov və Əkbər İbrahimovun rəhbərliyi ilə keçən kurslarda iştirakçılar 3 qrupa bölünərək ən müasir xüsusi model və avadanlıqlardan istifadə etməklə histeroskopiya və canlı heyvan orqanlarından hazırlanmış uşaqlıq modelində histerorezektoskopiya kimi tapşırıqları yerinə yetirmişlər. Sonda bu cür kursların mütəmadi olaraq keçirilməsi qərara alınmışdır.
Həkim və rezidentlərin nəzərinə çatdırırıq ki, növbəti histeroskopiya kursları 26-29 Aprel 2018-ci il tarixində keçirilən 4. Azərbaycan Alman Türk Tibb Konqresi zamanı keçirilən treyninqlər çərçivəsində də baş tutacaqdır. Bu barədə agtmed-congress.com saytından ətraflı məlumat almaq mümkündür.
Bundan başqa may ayının ikinci yarısında isə AlmazAkademie Tibbi Treyninq Mərkəzində digər histeroskopiya kurslarının keçirilməsi nəzərdə tutulmuşdur. Maraqlananları kurslarımızda iştirak etməyə dəvət edirik. Əlavə məlumat üçün əlaqə:
012 533 06 34
050 488 40 46