Ginekoloqlar və cərrahlar üçün mühazirə.

  Son zamanlar cərrahlar hətta ən çətin və mürəkkəb əməliyyatlar zamanı laparoskpik üsula daha çox üstünlük verirlər.  Bunun bir çox səbəbləri vardır. Çünki laparoskopik üsul cərrahlara əməliyyat sahəsində işləmək üçün daha böyük imkanlar yaradır, icra olunan əməliyyatın keyfiyyətini . proqnozunu yaxşılaşdırır, xəstələrin sağalma müddətini  azaldır və  s.Laparoskopik əməliyyatları öyrənmək istəyən həkimlərimiz üçün hər cür şərait yaradaan   ALMAZ  AKADEMİE   TİBBİ TREYNİNQ   MƏRKƏZİ mütəmadi olaraq aktual problemlərə həsr olunmuş mühazirələr təşkil edir. Bu dəfəki mühazirə” LAPAROSKOPİK CƏRRAHİ ANATOMİYA “adlanır. Laparoskopik əməliyyatlar icra tenikasına, istifadə olunan alətlərə və cihazlara görə açıq əməliyyatlardan  fərqləndiyi kimi əməliyyat sahəsinin anatomik görüntüsü də fərqli olur.  Prof. Q.Müslümov özünün icra etdiyi əməliyyatların video materiallarından istifadə edərək iştirakçılara qarın boşluğunun laparoskopik cərrahi anatomiyası haqqında ətraflı məlumat verəcək,onları maraqlandıran sualları cavablandıracaq.

      Maraqlananları mühazirədə iştirak etməyə dəvət edirik.

    Ünvan;   Yasamal r-nu, H.Zərdabi küç.  77A