Lazer Proktologiya Kursu baş tutdu!

22-24 Oktyabr 2021 il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC və Almazakademie Tibbi Treyninq Mərkəzi Almaniyanın Biolitek Tibbi Lazer Kompaniyasının təşkilatı dəstəyi ilə Proktologiyada Lazer Texnologiyalarının tətbiqinə həsr edilmiş treyninq və ustad dərsləri təşkil etmişdir. Kurs 3 gün davam edəcək. Kursun ilk günü iştirakçılar 3 məruzə dinlədilər:

1. Armands Lapins “Cərrahiyyədə Biolitec Lazer Texnologiyasının tətbiqi.

2. Prof. Qurbanxan Müslümov “Proktologiyada lazer texnologiyalarının tətbiqi: Bugünkü reallıqlar və perspektivlər”

3. Dr. Abbasov Ayxan “Proktologiyada lazer texnologiyasının yeri”

Kursun 2 -ci və 3- cü günlərində iştirakçılar xüsusi simulyatorlar və heyvan orqanları üzərində lazerlə hemorroidektomiya, anal fistulun lazerlə ablasiya əməliyyatlarının texnikasını öyrənmiş və eyni adlı əməliyyatlarda əyani iştirak etmişlər.

Treyninqi izləmək üçün aşağıdakı linkə daxil olun: