Özbəkistan Respublikası ilə bağlanan əməkdaşlıq müqaviləsi

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti (AZMİCC) ilə Özbəkistan Respublikası Namanqan vilayətinin Səhiyyə İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Nəzərinizə çatdırırıq ki 7.12.2021-9.12.2021 tarixlərində Namanqan vilayəti Səhiyyıə İdarəsinin nümayəndəsi, Anamed çoxprofilli tibb mərkəzinin rəhbərliyi və bir sıra mütəxəssislər Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı onlar AZMİCC və Azərbaycan-Almaniya Tibbi əməkdaşlıq Cəmiyyəti nəzdində fəaliyyət göstərən Almaz Akademie Tibbi Treyninq Mərkəzində (AATTM) olmuş, bu mərkəzin işi , fəaliyyət istiqamətləri ilə ətraflı tanış olmuşlar. Artıq uzun illərdir ki AZMİCC və AATTM nin Prezidenti Qurbanxan Müslümov Özbəkistanin bir sıra tibb universitetləri, tibb mərkəzləri ilə əməkdaşlıq çərçivəsində tibbi kadrların əsasən də minimal invaziv cərrahiyyə sahəsində ixtisaslaşması və tibbin yeni nailiyyətlərinin onlara öyrədilməsi istiqamətində ciddi işlər görməkdədir. Bu səfər çərçivəsində onlar gələcəkdə Namanqan vilayəti və Anamed Tibb Mərkəzinin mütəxəssislərinin AZMİCC nin felouşib proqramını keçməsi , onun müxtəlif ixtisasartırma və treyninq kurslarinda iştirak etmək məqsədilə Azərbaycana gəlməsi və buradan mütəxəssislərin yerində ustad dərslərinin keçilməsi, mütəxəssislərin öyrədilməsinə yönəlmiş qısa və uzunmüddətli tədbirlərin keçirilməsi üçün Özbəkistana qarşılıqlı səfərlərin edilməsi barədə razılığa gəlinmiş və bu barədə rəsmi memorandum imzalanmışdır,Memorandum Azərbaycan tərəfdən AZMİCC və AATTM nin prezidenti pr. Q. Müslümov, Özbəkistan Respublikası tərəfdən Özbəkistan Ali Məclisinin deputatı, Anamed çoxprofilli tibb mərkəzinin təmsilçisi Nosırbek Abdullakhanov arasında imzalanmışdır.