Professor Q.Müslümov rezidentlər üçün mühazirələr oxuyacaq.

Məlumat verdiyimiz kimi, 2018-ci ildən başlayaraq  M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi , Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq  Cəmiyyəti, Almaz  Akademie  Tibbi Treyninq   Mərkəzi   tərəfindən Avropanın Gastrointestinal Cərrahiyyə üzrə məşhur Davos Kurslarının treyneri Prof.Dr Qurbanxan Müslümov tərəfindən   cərrahiyyə   yönümlü ixtisaslar üzrə (ümumi cərrahiyyə , ginekologiya, urologiya, onkologiya, neyrocərrahiyyə , ürək-damar cərrahiyyəsi və s. ) təhsil  alan  rezidentlər üçün   rezidentura təhsili proqramına uyğun olaraq cərrahiyyənin  müxtəlif problemlərinə həsr olumuş  silsilə  məruzə- seminarlar  və  treyninqlər təşkil ediləcəkdir. Bunda məqsəd  dünyanın qabaqcıl ölkələrində ixtisas təhsili verən mərkəzlər tərəfindən qəbul olunmuş təhsil formatında  mühazirələrin və treyninqlərin keçirilməsidir. Bu tədbirlər çərçivəsində“ Elektrocərrahiyyənin əsas prinsipləriʼʼnə həsr olunmuş ilk məruzə-seminar 25.12.2017-ci il tarixdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mühazirə zalinda keçirilmişdir . Məruzə zamanı elektrocərrahiyyənin tarixi ,növləri və bu bunun haqqında ümumi cərrah nələr bilməlidir, cərrahiyyədə istifadə olunan enerji növləri ,onların doğru istifadə edilməməsi nəticəsində baş verə biləcək ağirlaşmalar,onların profilaktikası barədə nəzəri bilgilərlə yanaşı həm də əyani nümayişlər olmuş ,mövzu ətrafında canlı disskusiyalar təşkil edilmişdir (https://www.youtube.com/watch?v=vIiwloPhfLM)

Növbəti məruzə  26.01.2018 tarixdə saat 15.00-da M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mühazirə zalında keçiriləcəkdir. Məruzənin mövzusu “Cərrahiyyədə baş verən səhvlərin   anatomiyası və onlardan qorunma yolları”dır.

Məruzə zamanı açıq və laparoskopik cərrahiyyədə baş verən ağırlaşmalar barədə  nəzəri məlumatlarla yanaşı , müxtəlif səhvlərin baş vermə mexanizmləri və səbəbləri barədə video təqdimatlar ediləcək, bu səhvlardən qorunma mexanizmləri barədə əyani nümayişlər ediləcək və interaktiv diskussiyalar təşkil ediləcəkdir.

Məruzədə  iştirak etmək pulsuzdur. Maraqlanan hər bir kəs 25 yanvar 2018-ci il saat 15.00 qədər onlayn olaraq aşağıdakı linkdən qeydiyyatdan keçməsi vacibdir https://docs.google.com/forms/d/e/1FAIpQLSfb-WLdi8cAa-ByrgAuEEMaf35ZFj6_mdyZELa3v3AXz54z-g/viewform

Nəzərinizə çatdırırıq ki, kurslarda rezidentlərlə yanaşı həkimlər də iştirak edə bilərlər, lakin siyahı tərtib edilən zaman rezidentlərə üstünlük veriləcəkdir.

Ətraflı məlumat üçün

http://gurbanmuslumov.com/leksiyalar/

Əlaqə üçün: (012) 533 06 34

FB:  ALMAZ Akademie