Xroniki pankreatitə görə Laparoskopik Pustou əməliyyatından 1 həftə sonra

27 aprel tarixində Prof. Qurbanxan Müslümov və komandası tərəfindən icra olunan Xroniki pankreatitə görə Laparoskopik Pustou əməliyyatından sonra Professor Müslümov xəstəyə baş çəkmişdir. Xəstədə heç bir problem olmadığından xəstə əməliyyatdan bir neçə gün sonra evə buraxılmışdır. Əməliyyatdan 1 həftə sonra yenidən yoxlanışa gələn xəstədə heç bir problem aşkar edilməmişdir. Aşağıdakı linkə daxil olaraq xəstənin kompüter tomoqrafiya görüntülərini, həmçinin əməliyyatdan görüntüləri, əməliyyatın 4-cü günündə və 1 həftə sonrasında xəstənin videolarına baxa bilərsiniz. Eyni zamanda YouTube kanalımızda əməliyyatın canlı yayımlanmış tam videosuna baxa bilərsiniz.