Sosial Mediada izləyin:

1. Azərbaycan-Alman-Türk Tibb Konqresi (2015)

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ONKOLOGİYA MƏRKƏZİ və AZƏRBAYCAN ALMANİYA TİBBİ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİNİN təşkilatı dəstəyi ilə 10-13 Aprel 2015-ci il tarixlərində Bakıda 1.Azərbaycan-Alman-Türk Tibb Konqresi təşkil edilmişdir. Konqresdə Almaniyanın Universitet klinikalarından dəvət olunmuş 10 professor və Türkiyənin Universitet Klinikalarından dəvət edilmiş 6 professor referent qismində iştirak etmişdir.

Konqres iki məkanda – Mİlli Onkologiya Mərkəzi və Monolit Plaza otelində baş tutdu. Mİlli Onkologiya Mərkəzində  konqreslə yanaşı Endosonografiya üzrə Beynəlxalq sertifikatı olan 3 günlük treyninqlər də keçirildi.
Eyni zamanda paralel olaraq 11, 12, 13 Aprel tarixlərində Monolit Plaza otelinin 3 zalında Konqresin digər hissələri keçirildi. Hər gün Monolit Plaza otelinin 4 zalında Laproskopik cərrahiyyə, Endoskopiya, Ümumi Cərrahiyyə və Radiologiya üzrə 4 saatlıq (səhər 2 saat, günortadan sonra 2 saat olmaqla) 21 CME balı olan Workshopların keçirilmişdir ki, ilk dəfə postsovet məkanında bu workshoplara CME (Continuing Medical Education) balı verilmiş və sertifikatlar beynəlxalq status qazanmışdır.

Aprelin 13-də bu konqreslə yanaşı yeni yaradılmış Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin də 1-ci Kongresi keçiriləcək. Konqres çərçivəsində Tələbə, rezident və gənc həkimlərin Cərrahiyyə, Onkologiya və Qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrində ibarət forumu təşkil olundu. 1-ci yerin sahibi 1 aylıq Almaniyanın Universitet klinikalarının birinə yay praktika şansı qazandı, 2-ci yerin sahibi may ayında İstanbulda keçiriləcək Türkiyə Koloproktoloqlar Cəmiyyətinin Konqresinə vəsiqə qazandı və 3-cü yerin sahibinə xüsusi hədiyyə təqdim olundu.

Kongres haqqında flyerFlyer
Treyninqlərin proqramıTreyninqlərin proqramı
Konqresin proqramıKonqresin proqramı
Konqresin rəsmi vebsaytı: agtmed-congress.com