Sosial Mediada izləyin:

ƏSAS SƏHİFƏ

QurbanMuslumovDavos

 

Əziz dostlar,
Dəyərli kolleqalar,
9-12 May 2024-cü il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC in 1-ci Konqresi baş tutdu. 350 yerli və 150 xarici iştirakçının qatıldığı bu konqresin ən böyük özəlliklərindən biri 4 günlük canlı cərrahiyyə kursunun və ustad dərslərinin keçirilməsi oldu. Əsl marafonu xatırladan canlı cərrahiyyə kursu ( Milli Onkologiya Mərkəzi, M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Abşeron Mərkəzi Xəstəxanası, Mərkəzi Kliniki Xəstəxana, LivBonaDea Hospital, German Hospital və Kraton klinikaları) çərçivəsində 30 xəstə üzərində canlı əməliyyatı icra edilərək konqres zalına translyasiya edilməklə bizim və Azərbaycan cərrahiyyəsinin nəyə qadir olduğunu ortaya qoydu.
Konqresin digər özəlliyi 15 ixtisas üzrə tibbi treninq kursları və ustad dərsləri də təşkil edilməsi olmuşdur. Türkiyə Cərrahi Həmşirəliyi dərnəyinin dəstəyi ilə təşkil olunan Cərrahiyyə və Əməliyyatxana Tibb Bacılarının 1. Konqresi çərçivəsində də Azərbaycanın bütün regionlarında gəlmiş 100-dən çox tibb bacısı üçün maraqlı seminarlar və treninq kursları təşkil edilmişdir.
Konqresə qardaş Özbəkistandan 100-ə yaxın mütəxəssis qatılması uzun illər ərtzində bu yönümdə gördüyümüz işlərin nəticəsi və Azərbaycanda Minimal İnvaziv Cərrahiyyənin inkişaf göstəricisidir.
Konqres Prezidentləri olaraq ilk növbədə bu tədbirin təşkilinə verdikləri dəstəyə görə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin İdarə Heyyətinin üzvləri – Əli Allahverdiyev, Zaur Xəlilov, Emil Muxtarov, İlqar İsmayılov, Fərid Rəfiyev, Ağakişi Yəhyayev, Nicat Alışev, Tarverdi Rzayev, bu uğurda xüsusi paylarıı olan Vüqar Behbudov, Natiq Zeynalov, Zöhrə Azadova və Əzizə Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Canlı cərrahiyyə və treyninq kurslarının təşkilində əməyi olan Tapdıq Məmmədov, Həzi Aslanov, Həcər Həsənova, Turan Həsənov, Taleh Bəşirov, Vüsal Göyüşov, Azər Hümmətov, Vüqar Fəttahpur, Mahmud Mahmudov, Niyaməddin Əliyev, Əli Baxşəliyev, İlyas Həsənov, İlkin Haşımov, Cavid Əhmədov, bu əməliyyatların icra edildiyi Milli Onkologiya Mərkəzi, M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Respubluka Diaqnostika Mərkəzi, Abşeron Mərkəzi Xəstəxanası, Mərkəzi Kliniki Xəstəxana, LivBonaDea Hospital, German Hospital və Kraton klinikalarının rəhbərlərinə, moderatorlarımız Gerasim Rüstəmov, Nuru Bayramov, Samir Cavadzadə, Fuad Quliyev, Rauf Nağıyev, Elçin Ağayev, Bəxtiyar Musayev, İlahə Quliyeva, Rəşad Şolan, Taryel Ömərov, Elğün Səmədov, İlham Qafarov, Elman İbrahimov, çoxsaylı xarici və yerli məruzəçilərimizə, tədbirin sponsorlarına, başda BioLitek şirkəti, KRKA, B/Braun, SolPharma, İmago, Medeks və Kraton şirkətlərinə və adını çəkmədiyimiz əməyi olan hər kəsə minnətdarıq.
Xüsusi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinə tədbirin təşkilinə verdikləri dəstəyə görə təşəkkür edirik. təşkilat qrupuna və əməyi keçən hər kəsə dərin minnətdarlığımılzı bildiririk.
KONQRES PREZİDENTLƏRİ
QURBANXAN MÜSLÜMOV
İSLAM MAHALOV

 

Müslümov Qurbanxan Fətəli oğlu

Müslümov Qurbanxan Fətəli oğlu 2 mart 1968 tarixində anadan olub. 1985-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş, 1992-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ilə qədər M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində çalışmışdır. 2002-2009-cu illər ərzində Almaniyanın Haydelberq Universitetinin Mannheim Cərrahlıq klinikasında həkim cərrah kimi çalışmış və pankreas cərrahlığı, qara ciyər öd yolları cərrahlığı, minimal invaziv cərrahiyyə, onkoloji cərrahiyyə, kolorektal və torakal cərrahiyyə üzrə ixtisaslaşmış və visseral cərrah kimi yetişmişdir. Professor Q.Müslümov Azərbaycana qayıtdıqdan sonra ilk dəfə böyük seriya açıq pankreas əməliyyatları, drenajlanma olmadan rekonstruktiv biliar əməliyyatlar, yoğun və düz bağırsaq patologiyaları zamanı mürəkkəb rekonstruktiv əməliyyatlar, qida borusunun şişləri zamanı ezofaqektomiya əməliyyatları və s. icra etmişdır. Eyni zamanda müasir irəli laparoskopik cərrahiyyənin inkişaf etməsində və təşəkkül tapmasında böyük rol oynamışdır. Belə ki, respublikmızda ilk torako-laparoskopik ezofaqektomiya, ilk total laporoskopik Vippl əməliyyatı, İlk endoskopik tiroidektomiya( Zob əməliyyatı), ilk tək port laparoskopik əməliyyatları, laparoskopik total qastrektomiya, laparoskopik total MRE ilə düz bağırsaq əməliyyatları, düz bağırsağın anal kanala yaxın törəmələri zamanı laparoskopik çox aşağı intrasfinkter rezeksiyalar, laparoskopik pankreatektomiyalar prof. Q.Müslümov tərəfindən icra edilmişdir. Bununla bərabər o, 2013-cü ildə ilk Tibbi Treyninq Kursları və Cərrahi Simulyasiya Mərkəzi yaradaraq azərbaycanlı gənc həkimlərə və tələbələrə açıq və laparoskopik cərrahiyyənin müasir texnikalarını öyrətməyə başlamışdır. Hazirda Prof. Q.Müslümov təkcə Azərbaycanda deyil bütün regionda minimal-invaziv cərrahiyyə, qida borusu cərrahlığı, hepato-pankreato-biliar cərrahiyyə, kolorektal cərrahiyyə, yırtıq cərrahiyyəsi və s. sahələrində ən sayılan mütəxəssislərdən biridir. O hazırda regionda endoskopik Tiroidektomiya ( İzsiz, kəsiksiz Zob əməliyyatı), Laparoskopik Pankretektomiya (mədəaltı vəz əməlliyyatı) icra edən tək cərrahdır.

Təcrübə portfeli:

  • 1993-1995 – M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi,cərrahiyyə üzrə kliniki ordinatura;
  • 1995-bu günə qədər – M.Topçubaşovad. Elmi Cərrahiyyə Mərkəzində cərrah
  • 2000 – Namizədlik dissertasiyasının müdafiəsi;
  • 2004-2009 – Almaniyanın Heidelberg Universitetinin Mannhaym Cərrahlıq Klinikası, visseral, laparoskopik və onkoloji cərrahiyyə üzrə işləmişdir;
  • 2006 – Hepato-Pankreato-Biliar-Cərrahlıq üzrə 5 aylıq ixtisas kursu, Almaniya;
  • 2008 – Almaniyanın Heidelberg Universitetinin Mannhaym Cərrahlıq Klinikasında doktorluq dissertasiyasının müdafiəsi;
  • 2008 – Kolorektal Cərrahiyyə üzrə 6 aylıq ixtisaslaşma kursu, Almaniya və İsveçrə;
  • 2009 – Azərbaycandadoktorluq dissertasiyasının müdafiəsi;
  • 2009-2010 Laparoskopik Cərrahiyyə üzrə 1 illik ixtisaslaşma kursu,Almaniya;
  • 2014, 2017 – Robotik Cərrahiyyə üzrə 3 aylıq ixtisaslaşma kursu, Almaniya;
  • 2015 – Torakoskopik və açıq torakal cərrahiyyə üzrə ixtisaslaşma kursu, İsveçrə
  • 2015 – bu günə qədər – AvropaTibb Universitetlərinin təsisçisi olduğu Davos Gastrointestinal Cərrahi Treyning Kurslarının Treyneri;
  • 2016 Endokrin cərrahiyyə və endoskopik tiroidektomiya üzrə ixtisaslaşma kursu, Almaniya;
  • 2017, 2018 – Bariatrik və Metobolik cərrahiyyə üzrə 5 aylıq ixtisaslaşma kursu, Alamniya-İsveçrə
  • 2014 – Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru;
  • 2017-2019 – Özbəkistan Təcili Cərrahiyyə İnstitutu, Buxara Tibb İnstitutu və Dağıstan Tibb Universaitetinin fəxri professoru;
  • 2008 – Azərbaycan Almaniya Tibb Cəmiyyətinin sədri;
  • 2013 – Azərbaycanda ilk və yeganə Almaz Akademi Azərbaycan Almaniya Tibbi Treyninq Mərkəzinin təsisçisi və rəhbəri
  • 2009, 20114, 2018 Onkoloji cərrahiyyə üzrə uzunmüddətli ixtisaslaşma kursu
  • 2020 – Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti.
  • Qasıq, göbək və əməliyyatdan sonrakı yırtıqların laparoskopik plastikası;
  • Qasıq yırtıqlarının tək portdan əməliyyatı (izsiz laparoskopik hernioplastika);
  • Qida borusunun şişinə və digər patologiyalarına görə açıq və torakolaparoskopik əməliyyatlar;
  • Diafraqmanın birincili və residiv yırtıqları və reflüksə görə laparoskopik fundoplikasiyalar (eləcə də təkrari əməliyyatlar);
  • Axalaziyaya görə laparoskopik miotomiyalar;
  • Bütün növ mədə əməliyyatları (D3 laparoskopik və açıq qastrektomiyalar);
  • Mədəaltı vəzin şişinə və kistalarına görə açıq və laparoskopik əməliyyatlar;
  • Qara ciyər və öd yolları üzərində birincili və rekonstruktiv əməliyyatlar;
  • Qalıq öd kisəsi və öd yollarının zədələnmələrinə görə laparoskopik əməliyyatlar;
  • Dalağın şişləri və kistaları zamanı dalağın laparoskopik hissəvi rezeksiyaları. Yoğun və düz bağırsağın şişlərinə görə laparoskopik əməliyyatlar (eləcə də tək portdan);
  • Düz bağırsağın anusa yaxın şişləri zamanı sfinkteri qorumaqla laparoskopik rezeksiyalar;
  • Kəskin xoralı kolit və polipoza görə total laparoskopik kolektomiyalar;
  • Endoskopik üsulla izsiz və kəsiksiz tiroidektomiya (Zob əməliyyatı);
  • Ag ciyərdə exinokok və bulloz xəstəliyə görə torakoskopik (kəsiksiz) əməliyyatlar;
  • Laparoskopik nefrektomiya və histerektomiya;
  • Bariatrik və metobolik cərrahiyyə;
  • Börəküstü vəzin şişlərinə görə laparoskopik adrenalektomiya;
  • Tək dəlikdən laparoskopik əməliyyatlar;
  • Stomaların laparoskopik üsulla ləğv edilməsi;
  • Öd kisəsinin tək portdan xaric edilməsi (izsiz xolesistektomiya)
  • Lazerlə və Ligasure hemorroidektomiya
  • Düz bağırsaq fistullarının və rekto-vaginal fistulların ləğv edilməsi;
  • Düz bağırsaq və uşaqlığın sallanmasına görə laparoskopik əməliyyatlar;
  • Uşaqlıq əməliyyatlarından sonra usaqlıq yolu ilə sidik kisəsi və düz bağırsaq arasında yaranmış fistulların laparoskopik üsulla ləğv edilməsi.