Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb
M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzinin kolorektal cərrahlıq şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb. “Dekabrın 27-dən 29-dək Özbəkistan Səhiyyə Nazirliyi və Namanqan Dövlət Universitetinin dəvəti ilə Özbəkistanın Namanqan vilayətində keçirilən təkmil laparoskopik cərrahiyyə üzrə ustad dərslərinə rəhbərlik etdim. 200-ə yaxın cərrah və tələbələr üçün leksiyalar oxundu, üç gün ərzində…