Sosial Mediada izləyin:

24.01.2025 Cərrahiyyədə düyünvurma və tikiş texnikaları

 

Bu ildən yanvar ayının 24-dən Azərbaycan cərrahiyyə ixtisası üzrə rezidentlər üçün yeni lahiyəyə start verilir. Lahiyənin məqsədi rezidentlər üçün cərrahiyyənin müxtəlif sahələrini əhatə edən maraqlı mühazirələr oxumaq, onlara əl vərdişlərini qazandıran hand on workshop-lar təşkil etmək, canlı cərrahiyyə yolu ilə cərrahiyyənin müasir texnikalarını onlara tədris etmək və interaktiv müzakirələrin aparılmasıdır.
Lahiyə ödənişsizdir. Bütün xərclər Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie tərəfindən qarşılanır. Odur ki, hər birinizi 24 yanvar saat 14:00 da gözləyirik. Aşağıdaki linkdən qeydiyyatdan keçə bilərsəniz. Qetdiyyat mütləqdir!
Digər lahiyələrdən xəbərdar olmaq üçün amicc.az və almazakademie.az saytlarını ziyarət edə bilərsiniz.

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie-nin birgə təşkilatçılığı ilə 24 yanvar 2025-ci ildə başlamış və may ayına qədər davam edəcək Rezident və Tələbələr üçün Treninq – Mühazirə dərslərindən ilk görüntülər