Almaniyanın Universitet Klinikası ilə seminar
Əziz həkimlər, rezidentlər və tibb tələbələri! Nəzərinizə çatdırırıq ki, 30 iyun 2021-ci il tarixində Almaniyanın Manhaym Universitet Klinikası ilə Azərbaycan Tibb Universiteti arasındakı əməkdaşlıq çərçivəsində onlayn seminar keçiriləcəkdir. Seminar Kolorektal cərrahiyyədə bəzi cərrahi texnikalar və perioperativ dövrün aparılma prinsiplərinə həsr ediləcəkdir. Seminar zamanı Almaniyanın aparıcı Universitet klinikalarından birinin direktoru prof. K.Raysfelder və əməkdaşları tərəfindən Sol tərəfli hemikolektomiyanın…