Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 2-ci aylıq seminar/vebinarı 27.02.2021 tarixində baş tutdu.Seminarın mövzusu “Qastroezofageal reflyüks xəstəliyi – Baret qida borusu – Adenokarsinoma qastroentroloqlar, endoskopist və cərrahən gözü ilə” olmuşdur. Seminar Excelsior hoteldə keçirildi. Eyni zamanda GoToWebinar platforması üzərindən canlı yayımlandı. Online olaraq 200-ə yaxın iştirakçı qatılmışdı. Seminarın moderatorları Prof. Kənan Yusifzadə, Prof. Əlihüseyn Hidayətov və online olaraq qatılan Prof. Nuru Bayramov idi. Prof. Qurbanxan Müslümov, Dr. Arzu Yusifova, Dr. Fərid Quliyev və Dr. Elgün Səməd seminarda mühazirələr oxumuşlar. Prof. Qurbanxan Müslümov seminarın gedişində canlı əməliyyatla seminara online şəkildə qoşulmuş, canlı şəkildə Laparoskopik Total Qastrektemiya əməliyyatı icra etmişdir.