Özbəkistanda 27-30 iyun 2024-cü il tarixlərində keçirilən 2-ci Azərbaycan – Özbəkistan tibb günləri davam edir. Bu günün birinci yarsında toplantı Əndican Dövlət Tibb İnstutunda başladı. Əndican Dövlət Tibb İnstitunun zalında universitetinin rəhbərliyi proffersor, müəllim və tələbələri üçün azərbaycanlı mütəxəssislər tərəfindən leksiyalar oxundu. Prof. Qurbanxan Müslümov Minimal İnvaziv Cərrahiyyədə və Endoskopik cərrahiyyədə olan ən son yeniliklər haqqında məlumat verdi və iştirakçıları maraqlandıran suallara cavab verdi. Bunun ardınca PhD. Dr. Fərid Rəfiyev Bariatrik cərrahiyyədə son yeniliklər, Dr. Nicat Alışev invaziv və onkoloji radiologiyada olan son yeniliklər və Dr. Zöhrə Azadova lazer proktologiyada və lazer cərrahiyyəsində olan son yeniliklər haqqında iştirakçılara məruzələr oxundu. Məruzələr çox maraqla qarşılandı. Universitetin rektoru Prof. Madamin Madazimov Azərbaycandan gəlmiş nümayəndə heyyətini çox səmimi salamladı və oxunan məruzələrin çox dəyərli olduğunu və Azərbaycanla Özbəkistan arasında olan tibbi əlaqələrin daha da dərinləşməsinə səbəb olacağını bildirdi. Bunun ardınca Əndican Dövlət Tibb İnstitunun elmi şurasının yekdil qərarı ilə Prof. Qurbanxan Fətəli oğlu Müslümova Əndican Dövlət Tibb İnstitunun fəxri professoru diplomu təntənəli surətdə təqdim edildi. Diplomu təqdim edən rektor bunu universitetet üçün çox əhəmiyyətli hadisə və Azərbaycanla Özbəkistan arasında tibbi əlaqələrin inkişafında atılmış növbəti bir addım olduğunu bildirdi. Bundan sonra universitetin yeni tikilən universitet klinikaları ilə tanışlıq oldu və müxtəlif bölmələrdə Azərbaycandan gəlmiş mütəxəssislərin fikirləri ilə tanış olundu.
Günün ikinci yarısında tibb bacıları və həkimlər üçün canlı cərrahiyyə kursu, anostomoz kursu və lazer proktologiya kursu ilə davam etdi və canlı cərrahiyyə çərçivəsində mürəkkəb pankreas, mədə və kolon əməliyyatları icra edildi. Əməliyyatlar həm zala həm də zoom üzərindən iştirakçılar üçün transliyasiya edildi. Sabah tədbir öz işini bitirəcəkdir.