2016-cı ilin 21-25 aprel tarixində baş tutacaq 2. Azərbaycan-Alman-Türk Tibb Konqresində Almaniya, İsveçrə, Türkiyə və s. ölkələrdən 15-dən çox tanınmış alimlər iştirak etmişdir. Bu Konqres təkcə Azərbaycan üçün deyil, ümumilikdə Avropada tibbin inkişafı, tibbi biliklərin mübadiləsi və yeni istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Təşkilat komitəsinə Konqres münasibətilə təbrik məktubu yazan Almaniyanın Rheinland-Pfalz torpağının ministerprezidenti Malu Dreyer də öz məktubunda bu məqamı vurğuladı.
2013-cü ildən Rheinland-Pfalz torpağında ministerprezident vəzifəsində fəaliyyət göstərən Malu Dreyer məktubunda həmçinin qeyd edir ki, bu Konqres tibb sahəsindəki ixtisas biliklərinin ölkələr arasında şəbəkələşməsinə, bununla da xəstəliklərin vaxtında aşkarlanmasına və insanların sağlamlığının qorunmasına şərait yaradır. Ministerprezident onu da vurğuladı ki, “Beynəlxalq Konqres ölkələrimiz və insanlarımız arasında mədəni və sosial əlaqələri də dərinləşdirir”.
Sonda Malu Dreyer Konqresin bütün təşkilatçılarına, xüsusən də prof. Q.Müslümov və Dr.med Deniz Uyaka Konqresin təşkili və bu yöndə qoyduqları gərgin əməyə görə minnətdarlığını bildirir, bütün Konqres iştirakçılarına, həmçinin referentlərə mənalı müzakirələr və öz vaxtlarının dəyərli keçməsini arzu edir.
Malu Dreyer
Almaniyanın Rheinland-Pfalz torpağının minister prezidenti
Əziz konqres iştirakçıları! Hörmətli qonaqlar!
Azərbaycanda son onilliklər ərzində həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də çox əhəmiyyətli inkişafa nail olunmuşdur. Əminliklə deyə bilərik ki, ölkəmizdə təbabətin inkişafında qardaş Türkiyə və Almaniya tibb mərkəzləri ilə olan əlaqələrimizin çox böyük rolu var.
Bildiyiniz kimi, ötən il Azərbaycanda beynəlxalq statuslu 1-ci Almaniya-Azərbaycan-Türk tibb konqresi çox uğurla təşkil edildi və yaxın xaric ölkələrində ilk dəfə olaraq konqresə və treyninqlərə 21 Beynəlxalq Kredit (CME) qazandıq. Bu ilin 21-25 aprel tarixlərində təşkil ediləcək konqresimizə Avropanın Davamlı Tibb Mərkəzləri tərəfindən tanınan 24 Kredit balı verilmişdir ki, bu da konqresimizin beynəlxalq səviyyəli tədbir kimi qəbul edilməsindən və nüfuzunun artmasından xəbər verir. Ötən il olduğu kimi bu il də maraqlı diskussiyalar və çıxışlarla yanaşı azərbaycanlı, alman və türk mütəxəssisləri tərəfindən laparoskopik və açıq cərrahiyyə, endoskopiya və radiologiya üzrə də 3 günlük treyninqlər keçiriləcəkdir ki, bu da mütəxəssis hazırlığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Mən Konqresin işində referent və məruzəçi qismində iştirak edən bizim türk və alman həmkarlarımıza xüsusi təşəkkürümü bildirirəm. Konqresin işinə uğurlar diləyirəm və bütün iştirakçılara bu fürsətdən yetərincə yararlanmağı arzulayıram.
Professor GURBANXAN MÜSLÜMOV
Konqresin prezidenti, Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri
Konqres çərçivəsində həmçinin Tələbə, rezident və gənc həkimlərin Cərrahiyyə, Onkologiya, Radiologiya və Qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrində ibarət forumu təşkil olunmuşdur.
- PDF 1.AGTMC 2015 – Treyninqlərin proqramı
- PDF 1.AGTMC 2015 – Konqresin proqramı
- PDF 2.AGTMC 2016 – Konqres haqqında flyer
- PDF 2.AGTMC 2016 – Treyninqlərin proqramı
- PDF 2.AGTMC 2016 – Konqresin proqramı
Konqresin rəsmi vebsaytı: agtmed-congress.com