Dəyərli kollegalar, rezident və tələbələr,
8-11 may 2025-ci il tarixində Bakıda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti və Almaz Akademiyanın təşkilatçılığı ilə 7-ci Azərbaycan – Alman – Türk – Özbək Tibb Konqresi
və 13-cü Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçiriləcəkdir. Tədbir çərçivəsində xarici dəvətli məruzəçilər, eləcə də yerli, Türkiyə və Almaniyada işləyən Azərbaycanlı həkimlərimiz tərəfindən maraqlı məruzələr oxunacaq, aktual mövzularda panel diskusiyalar təşkil ediləcəkdir.
Kongresin gedişində 15-ə yaxın ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, urologiya, ginekologiya, elektrocərrahiyyə, radiologiya, mamalıq, ultra-səs nəzarəti altında biopsiya kursu, laser ablasiya kursu, lazer proktologiya kursu) həkimlərimiz üçün çox əhəmiyyətli treninq kursları təşkil ediləcəkdir.
Eləcə də ümumi və laparoskopik cərrahiyyə, onkolojik cərrahiyyə, cərrahiyyədə baş verən ağırlaşmalar, onlardan qorunma yolları kimi maraqlı mövzular kongresin gedişində diskusiya ediləcəkdir.
Kongres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilərək 25 davamlı tibb təhsili balı ilə dəyərləndirilməsi gözlənilir. Kongresin gedişində Türkiyədən və Özbəkistandan gəlmiş tibb universitetlərinin rəsmlərinin iştirakı ilə türk dilli dövlətlər arasında tibb təhsili, tibb kadrlarının hazırlanması, ixtisaslaşması barəsində çox tərəfli bir proyektin başlanılması müzakirə ediləcəkdir. Bu proyekt çərçivəsində Orta Asiya, Türkiyə və Azərbaycandan olan tələbə və həkimlər digər dövlətlərin universitetlərində 1-3 aylıq ixtisas kursları keçmək imkanı əldə edəcəklər.
Kongres və treninqlər barədə ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün amicc.az və almazakademie.az saytlarını ziyarət edin
Qeydiyyatdan keçmək üçün – https://forms.gle/Mec6YezKNtaPEtAr6
Workshop-lar üçün qeydiyyatdan keçin – https://forms.gle/35Tm7iqJSZo8JmiXA