Sosial Mediada izləyin:

Canlı Laparoskopik Soltərəfli hemikolektomiya/Live laparoscopic left hemicolectomy for diverculitis

Professor Qurbanxan Müslümov keçdiyimiz günlərdə yenidən çətin bir əməliyyatı YouTube kanalı üzərindən canlı yayımlamışdır. 1 saatlıq canlı yayımda Prof. Laparoskopik əməliyyatın nüanslarından bəhs etmişdir. Laparoskopik Soltərəfli hemikolektomiya əməliyyatı uğurla başa çatmışdır. Hazırda xəstə evə buraxılıb və vəziyyəti yaxşıdır.

Professor mütəmadi olaraq icra etdiyi əməliyyatları YouTube kanalı üzərindən canlı yayımlayır. Həkim, rezident və tələbələr üçün öyrədici olan bu yayımları izləmək, diskussiyalara qatılmaq üçün doktorun  YouTube kanalına abunə ola bilərsiniz.

Linkə daxil olaraq Laparoskopik Soltərəfli hemikolektomiya əməliyyatını izləyə bilərsiniz.