Sosial Mediada izləyin:

Prof. Q. Müslümovun seminar zamanı icra etdiyi canlı əməliyyat

Bildiyiniz kimi 27 fevral 2021 tarixində Prof. Qurbanxan Müslümovun prezidenti olduğu Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin ikinci aylıq seminarı baş tutdu. Seminar zamanı mühazirlərlə yanaşı seçilmiş mövzuda Prof. Qurbanxan Müslümov canlı yayımda seminarın iştirakçıları, GoToWebinar üzırindən qoşulan 200-dən çox həkim, rezident və tələbələr üçün əməliyyat icra etdi. Laparoskopik Total Qastrektamiya əməliyyatı uğurla başa çatdırıldı. Sözügedən videoya baxmaq üçün aşağıdakı linkə daxil olun. Daha çox əməliyyat videosuyla tanış olmaq və yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalımıza abunə olun.