Sosial Mediada izləyin:

AZƏRBAYCANLI PROFESSOR AVROPALI HƏMKARLARINA CƏRRAHIYYƏ ÜZRƏ USTAD DƏRSLƏRI VERIR

QurbanMuslumovDavos

7-12 aprel 2018-ci il tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək açiq və laparoskopik cərrahiyyədə müasir cərrahi texnikaların öyrədilməsinə həsr olunmuş 35-ci QASTROİNTESTİNAL CƏRRAHİYYƏ ÜZRƏ DAVOS KURSLARI bu gün öz işinə başlamışdır. Avropanın cərrahiyyə üzrə ixtisas təhsili verən bütn klinikalarında çalışan cərrahlar üçün əsas vərdiş kursu olan bu kurslarda hər il Avropanın universitet klinikalarindan gəlmiş yüzlərlə gənc cərrah cərrahiyyədə ən yeni texnikalara yiyələnir, mühazirə və diskussiyalarda iştirak edirlər.  Eləcə də bu kurslarda tədris edilən cərrahiyyənin müxtəlif sahələrindəki Davos texnikaları avropa klinikalarında tətbiq edilən əsas cərrahi texnikalar hesab edilir. Fəxr ediləsi haldır ki, artıq 3 ildir azərbaycanlı cərrah, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, prof.Dr.med Qurbanxan Müslümov həmin kursların yeganə qeyri avropalı treyneri kimi fəaliyyət göstərir. Bunun nəticəsi olaraq artıq Azərbaycanda da Davos kursları tərəfindən akkreditasiya olunmuş və bu kursların proqrami əsasında treyninqlər keçirilir.

Xatırladaq ki, Davos Kursları Avropada bu sahədə mövcud olan ən reytinqli treyninq kurslarıdır (50 CME kredit) və kurs iştirakçıların əldə etdiyi sertifikatlar dünyanın bütün ölkələrində cərrahiyyə üzrə təhsil sertifikatı kimi qəbul edilir.

Professor Qurbaxan Müslümovun verdiyi məlumata görə bu il aprel ayının sonunda Bakıda keçiriləcək beynəlxalq konqresin qonağı olacaq Davos kurslarının Prezidenti prof Peter Vogelbachla gələcəkdə bu kursların Azərbaycanda keçirilməsi məsələsi də müzakirə olunacaq