Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, M. Topçubaçov adına Elmi Cərrahiyyə Mərkəzinin koloproktoloji cərrahiyyə şöbəsinin rəhbəri Prof. Qurbanxan Müslümov Özbəkistanın Əndican vilayətində keçirilən Azərbaycan – Özbəkistan Tibb Günləri çərçivəsində Əndican Dövlət Tibb İnstitunda professor-müəllim heyyəti və tələbələr üçün maraqlı leksiya ilə çıxış edib və cərrahi yönümlü kafedralarının əməkdaşları və üçün canlı cərrahiyyə kursu təşkil etmişdir. Bundan əlavə tədbir çərçivəsində həm tibb bacıları kursu, lazer proktologiya kursu, həm də pankreas və bariatrik cərrahiyyə kursları təşkil olunub.
Tədbirin sonunda Əndican Dövlət Tibb İnstitununun elmi şurasının yekdil qərarı ilə Prof. Qurbanxan Fətəli oğlu Müslümova Əndican Dövlət Tibb İnstitunun fəxri professoru seçilib və rektor tərəfindən diplom ona təqdim edilib. Diplomu təqdim edən Universitetin rektoru Prof. Madamin Madazimov bunun universitet üçün çox böyük şərəf olduğunu bildirib və bunun Əndican Dövlət Tibb İnstitunda cərrahi yönümlü tədrisin keyfiyyətinin yüksəlməsi və Azərbaycanla Özbəkistan arasında tibbi əlaqələrin inkişaf etməsində mühüm rol oynayacağını bildirib. Prof. Qurbanxan Müslümov öz çıxışında bu adı daşımağın onun üçün böyük bir məsuliyyət və şərəf olduğunu bildirib. O öz çıxışında qeyd edib ki, bu Özbəkistanda 7-ci universitetin professoru diplomudur. Gələcəkdə Əndicanda tələbələr, gənc həkimlər və eləcədə professor-müəllim heyyəti üçün cərrahiyyə üzrə ustad dərslərinin keçirilməsi, teletəbabətin inkişaf etdirilməsi və yüksək texnologiyalı cərrahiyyənin öyrədilməsi yönümündə lazım olan bütün səylərini göstərəcəkdir.