Sosial Mediada izləyin:

Azərbaycanlı professorun müəllifi olduğu məqalə məhşur jurnalda dərc edildi

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Koloproktologiya şöbəsinin rəhbəri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Prof. Qurbanxan Müslümovun müəllifi olduğu məqalə dünyaca məhşur “Ailəvi Xərçəng” (“Familial Canser”) adlı jurnalda dərc edilmişdir.

Məlumat üçün qeyd edək ki, 1 il öncə Şərqi Avropa və Asiya ölkələrində xərçəngin irsi yolla ötürülməsinin mümkünlüyünü öyrənmək üçün xüsusi bir tədqiqat qrupu yaradılmış və Prof. Müslümov da həmin qrupun üzvlərindən biri olmuşdur. Əldə edilmiş razılaşmaya görə ehtimal olunur ki,  gələcəkdə həmin tədqiqat qrupunun ofisi Bakıda yerləşsin. Hal-hazırda razılaşma əsasında ilkin müqavilə dərc edilmişdir. Bundan sonra artıq bu tədqiqatların Azərbaycanda da aparılması mümkün olacaq.

Məqalənin tam teksti ilə burdan tanış ola bilərsiniz:

PDF   Sina2020_Article_IdentificationAndManagementOfL

Jurnal haqqında məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

LİNK     https://www.springer.com/journal/10689