Dekabr ayının 25-də saat 15.00-da M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin mühazirə zalında Prof.Dr Qurbanxan Müslümov tərəfindən respublikamızda Cərrahiyyə, Ginekologiya və Urologiya ixtisasları üzrə təhsil alan rezidentlər üçün rezidenturada təhsil programı əsasında ʼʼ Elektrocərrahiyyənin əsas prinsipləriʼʼ mövzusunda mühazirə oxunmuşdur. Mühazirə zamanı iştirakçılara elektrik cərəyanının cərrahiyyədə istifadə edilməsi prinsipləri, texnikası və bu zaman baş verə biləcək ağırlaşmaların profilakstikası barədə məlumat verilmiş, maraqlı diskussiyalar aparılmışdır. Eyni zamanda iştirakçılara bəzi praktik vərdişlər də əyani nümayiş etdirilmişdir
.