Dünən AzTv efirində “Əsas məsələ”də Professor Qurbanxan Müslümov Covid-19 pandemiyası ilə bağlı son zamanlar Azərbaycanda yaranmış durum, gözləntilər və proqnoz barəsində həmkarları ilə müzakirələr aparmışdır. Müzakirələr zamanı Professor tərəfindən son zamanlar yeni yoluxanların sayının və ölüm hallarının artmasının səbəblərini izah etmiş, yaxın günlərdə bu tendensiya bu şəkildə davam edəcəyi halda ciddi qapanma tədbirlərinə əl atılmasının vacibliyini qeyd etmişdir. Eləcə də Professor öz çıxışında bu günki reallıqları və Azərbaycandakı bu ciddi duruma gətirən səbəblər haqqında öz fikirlərini bildirmişdir. Onun fikrincə Azərbaycanda son zamanlar özünü müalicə, lazım olmayan halda antibiyotiklərdən və əsasən də hormonal preparatlardan – “Prednizolon”, “Dekstamitazon”dan istifadə edilməsinin çox yanlış və zərərli bir addım olduğunu xüsusi vurğulaşmışdır. Onun sözlərinə görə Azərbaycanda xəstə sayının ikinci dalğa üçün proqnozlaşdırılandan artıq olmasında “Qarabağ” müharibəsinin rolu, Gəncəyə, Tərtərə, Bərdəyə və digər dinc əhali yaşayan şəhərlərimizə atılan bombalar nəticəsində əhalinin yerdəyişməsinin bu sayın artmasında əhəmiyyətli rolu olduğunu qeyd etmişdir.