15 aprel tarixində Prof. Qurbanxan Müslümov və komandası tərəfindən Laparoskopik sol tərəfli Hemipankreatektomiya əməliyyatı canlı yayımda baş tutmuşdur. Gənc xəstə ürəkbulanma şikayəti ilə gəlmişdir. Əməliyyatdan sonrakı 5-ci gün xəstə evə buraxılmışdır. Yenidən yoxlanışa gələn xəstədə heç bir problem aşkar edilməmişdir. Xəstənin kompüter tomoqrafiyalarına, çıxarılan rezektata və xəstənin əməliyyatdan sonra yoxlanışa gəldikdə danışdığı təəsürratlarına aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz. Eyni zamanda əməliyyatın canlı yayımlanmış tam videosuna Prof. Qurbanxan Müslümovun YouTube kanalında tapıb, izləyə bilərsiniz.