Sosial Mediada izləyin:

Kurs iştirakçıları üçün mühazirə,

           08.06.2018-ci il tarixdə ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİNDƏ prof. Q.Müslümov “Laparoskopik cərrahi anatomiya” mövzusunda mühazirə oxumuşdur. 
              Müasir dövrümüzdə ümumi və topoqrafik anomiyaya aid saysız-hesabsız dərslik və atlasların mövcud olduğu bir zamanda bu sahədə yeni biliklərə ehtiyac olduğunu düşünmək belə mümkün deyildi. Lakin yüksək sürətlə ninkişaf edən azinvaziv cərrahiyyə bu fikirlərin səhv olduğunu göstərdi.. Məlum olduğu kimi, laparoskopik əməliyyatlar zamanı əməliyyat sahəsinin görüntüsü açıq əməliyyatların görüntüsündən xeyli fərqlənir.Çünki bu zaman videokamera vasitəsi ilə monitara ötürülən görüntülər real deyill,virtual görüntülərdir. Ona görə də cərrahların bəzi nüansları bılmələri vacıbdir.

           Prof.Q.Müslümov hazırladığı videomateriallar əsasında qarın boşluğunun və çanaq boşluğunun laparoskpik cərrahi anatomiyas ,xüsusən də,damarların və sinirlərin proyeksiyası, qarın boşluğu orqanlarının bir-birinə münasibəti haqqında ətraflı məlumat verdi.Məruzəni müşaiət edən illustrasiyalar azinvaziv cərrahi müdaxilələr üzrə ixtisaslaşan cərrahlar, uroloqlar və ginekoloqlar üçün çox böyük məlumat verdi. Məruzəçi əməliyyat zamanı cərrahlar tərəfindən edilən səhvlərə və rast gəlinən anomaliyalara da geniş yer verdi. Professor məruzənin sonunda xüsusi olaraq qeyd etdi ki , anatomiyanı mükəmməl bilən cərrahlar əməliyyat zamanı özlərini güvənli hiss edirlər. Məruzə maraqlı disskussiyalarla yadda qaldı.prof.Q.Müslümov iştirakçılara həm suallar verdi, həm də onların suallarını ətraflı cavablandırdı