Sosial Mediada izləyin:

LAPAROSKOPİK CƏRRAHİYYƏ VƏ GİNEKOLOGİYA KURSUNUN İŞTİRAKÇILARI ÜÇÜN MÜHAZİRƏ

ALMAZ AKADEMİE Tibbi Treyninq Mərkəzi laparoskopik cərrahiyyə ilə məşğul olmaq istəyən cərrahlar, uroloqlar və ginekoloqlara öz xidmətlərini təklif edir. Ən müasir treyninq avadanlıqları ilə təchiz olunmuş Mərkəzimizdə iştirakçılarımız laparoskopik vərdişlərə yiyələnməklə yanaşı laparoskopik əməliyyatlarda assistent qismində iştirak etmək və laparoskopik cərrahiyyənin aktual məsələlərini əhatə edən mühazirələri dinləmək imkanı qazanırlar. Mütamadi olaraq təşkil olunan mühazirələr zamanı mövzunu tam əhatə edən videolar, əyani vəsaitlər və canlı toxumalar üzərində praktik məşğələlər nümayiş etdirilir. İnteraktiv diskussiyalar zamanı iştirakçılar onları maraqlandıran suallara ətraflı cavab ala bilərlər .Mühazirələr prof. Q.Müslümov tərəfindən oxunur. Növbəti mühazirə 16.02.2018 tarixdə saat 17.00 da ” Laparoskopik cərrahiyyədə istifadə olunan alətlət və cihazlar” mövzusunda olacaqdır