02.03.2018 ci il tarixdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində rezident və gənc həkimlər üçün cərrahiyyənin fundamental prinsiplərinə həsr edilmiş mühazirə-treyninq təşkil edilmişdir. Prof.Q.Müslümov “Açıq və Laparoskopik cərrahiyyədə istifadə edilən müasir düyünvurma texnikaları” mövzusunda məruzə oxumuşdur. Mühazirə zamanı həm açıq, həm də laparoskopik cərrahiyyədə istifadə edilən düyünlərin növləri, xarakteristikası, bu zaman istifadə edilən alətlər və s. haqqında geniş nəzəri məlumatlar verilmiş, canlı toxumalar üzərində bəlli texnikalar əyani olaraq nümayiş etdirilmiş və video-xülasə iştirakçıların nəzərinə çatdırılmışdır. İştirakçıları maraqlandıran suallar mühazirəçi tərəfindən ətraflı cavablandırılmışdır.
Nəzərinizə çatdırırıq ki, növbəti mühazirə 30.03.2018-ci il tarixdə “Açıq və laparoskopik cərrahiyyədə erqonomika prinsipləri: uğurlu cərrah olmaq üçün nələri bilməmiz gərəkdir? ” mövzusunda olacaqdır.