
Laparoskopik cərrahiyyə və ginekologiya kursunun iştirakçıları üçün mühazirə
Almaz Akademie Tibbi Treyninq Mərkəzində Laparoskopik Cərrahiyyə, Ginekologiya və Urologiya üzrə İndividual kursun iştirakçıları üçün mütəmadi olaraq mühazirələr təşkil olunur. Növbəti mühazirə 16.02.2018-ci il tarixində “Laparoskopik Cərrahiyyədə istifadə olunan cihazlar və alətlər” mövzusunda olmuşdur. Professor Qurbanxan Müslümov iştirakçılara Laparoskopik Cərrahiyyədə istifadə olunan cihazlar və alətlərin növləri, iş prinsipləri, istifadə və davranış qaydaları, düzgün istismar…