29 yanvar 2021-ci il tarixində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 2021-ci il ərzində ilk aylıq Webinarı keçirilmişdir. Webinara PhD Dr., Mərkəzi Kliniki Xəstəxananın Cərrahiyə bölümünün rəhbəri Zaur Xəlilov sədrlik etmişdir və Webinara online olaraq 50-dən çox iştirakçı qatılmışdır. Seminarın mövzusu “ Qasıq yırtıqlarının cərrahi müalicəsində minimal invaziv yanaşmalar: TAPP vs TEP” olmuşdur. Seminar zamanı Professor Müslümov “Qasıq yırtıqlarının müalicəsində TAPP texnikasının üstünlükləri” barədə məruzə oxumuş, bu texnikanın yaranma tarixi, icra edilmə texnikası barəsində məlumat vermişdir. Onun ardınca isə Respublika Diqnostika Mərkəzinin Cərrahiyyə bölümünün rəhbəri Uzm. Dr. İlqar İsmayılov “Qasıq yırtıqlarının müalicəsində TEP texnikası”na həsr olunmuş mühazirə oxumuş, TEP texnikasının TAPP-la müqayisədə üstünlüklərindən danışmış və texniki məqamları barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Bunun davamında Professor Q. Müslümov tərəfindən canlı yayımda həm seminarın əyani iştirakçılarına həm də GoTo Webinar platforması üzərindən tədbirə onlayn qatılan 50-yə yaxın iştirakçı üçün canlı yayımda ikitərəfli qasıq yırtığı olan xəstəyə TAPP texnikası ilə cərrahi əməliyyat icra etmişdir. Əməliyyat canlı müzakirələrə səbəb olmuşdur. Eyni zamanda əməliyyatın gedişi zamanı həm seminar otağında olan iştirakçılar həm də onlayn iştirak edən cərrahlar maraqlı suallar vermiş, əməliyyatın texnikaları barədə onları maraqlandıran məqamlara Prof. Q.Müslümov, Dr. İ.İsmayilov və iclasın moderatoru PhD Dr. Z.Xelilov tərəfindən ətraflı cavablandırılmışdır. Həmçinin seminar maraqlı diskussiyalara səbəb olmuşdur. Webinarin tam videosunu tezliklə rəsmi səhifəmizdə və YouTube kanalımızda izleye bilersiniz. Nəzərinizə çatdıraq ki, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti seminarı 27 fevral tarixində Exselsior oteldə keçiriləcəkdir. Maraqlananlar artıq qeydiyyatdan keçə bilərlər:
Seminara tam şəkildə baxmaq üçün linkə daxil olun və yeniliklərdən xəbərdar olmaq üçün kanalımıza abunə olun: