, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının 08.02.2018-ci il tarixində keçirilmiş iclasında 4.Azərbaycan-Alman-Türk Tibb Konqresinin akkreditasiya məsələsinə baxilmışdır. 4.Azərbaycan-Alman-Türk Tibb Konqresi və 3.Baki Beynəlxalq Tibbi Treyninq Günləri Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınmış və Konqresə 34 Kredit balı verilmişdir. Bu o deməkdir ki, cərrahiyyə, ginekologiya, urologiya, radiologiya, ultrasonoqrafiya, endoskopiya,elektrokardioqrafiya, intensiv terapiya kimi sahələr üzrə həkimlər Konqresdə və müvafiq treyninqlərdə iştirak etməklə illik tələb olunan 48 Kredit balının 34-nü toplaya bilərlər.