Sosial Mediada izləyin:

Səmərqənddə baş tutan tədbir

Prof.Qurbanxan Müslümov Özbəkistanın Səmərqənd şəhərində baş tutan və 21 mayadək davam edəcək “Təcili cərrahi yardımın təşkilinin aktual problemləri: Təcili cərrahiyyədə invaziv texnologiyaların rolu və yerinə həsr olunmuş XVI Respublika elmi-praktiki konfransı (Actual issues of emergency medicine: The role and Place of the Minimally İnvasive Technologies in the Emergency Medicine)” tədbirində iştirak edir. Dünən yəni, 19 may tarixində konqres çərçivəsində Master klass olub. Səmərqənd və yaxın ərazilərində yerləşən universitet klinikaları və digər klinikaların cərrahlarının iştirakı ilə xəstələrə baxış olub, maraqlı, ağır xəstələrin konsultasiyası aparılıb. Eyni zamanda Youtube platforması üzərindən canlı yayımda Laparoskopik Xolesistektomiya əməliyyatı icra olunub. Aşağıdakı linkə daxil olaraq əməliyyatı izləyə bilərsiniz. Eyni zamanda kanala abunə olaraq bu gün canlı yayımlanacaq əməliyyatı izləyə bilər,  diskussiyalara qatıla bilərsiniz.