Sosial Mediada izləyin:

Uranda rentgen şüaları aşkar olundu

Astronomlar, 2021-ci ilin martından bu şəkildə göstərildiyi kimi NASA-nın Chandra Rentgen Rəsədxanasından istifadə edərək Uran planetində ilk dəfə rentgen şüaları aşkar etdilər. Bu nəticə alimlərə günəş sistemindəki bu müəmmalı buz nəhəngi olan planetimiz haqqında daha çox məlumat əldə etməyə kömək edə bilər.

Uran Günəş sisteminin yeddinci planetdir. Yerin diametrinin dörd qatına sahib olan bu planet, günəş sistemindəki bütün planetlərdən fərqli olaraq öz ətrafinda fırlanır. Voyager 2 bu günə qədər Urana uçan yeganə kosmik gəmi olduğundan, astronomlar hal-hazırda tamamilə hidrogen və helyumdan ibarət olan bu uzaq və soyuq planet haqqında məlumat əldə etmək üçün Chandra və Hubble Space Teleskopu kimi Yerə daha yaxın teleskoplara etibar edirlər.

Yeni araşdırmada Uranda aşkar edilən Rentgen şüaları ilk dəfə 2002-ci ildə və daha sonra 2017-ci ildə aşkar edilmişdi. Tədqiqatçılar Çandrada apardıqları son müşahidələrin nəticələrini 2002 və 2017- ci illərdəki nəticələrlə müqayisəli təhlil etmişlər. Alimlər belə qənaətə gəlmişlər ki, 2002-ci ildəki ilk müşahidədə aşkar edilənlər məhz rentgen şüaları olmuşdur və on beş il sonrakı fərqli mənzərəni isə rentgen şüalarının alovlanması ilə izah etmək olar.
Bu barədə ətraflı məlumatı nasa.tv linkinə daxil olmaqla orijinaldan əldə edə bilərsiniz