Sosial Mediada izləyin:

ƏSAS SƏHİFƏ

QurbanMuslumovDavos QurbanMuslumovDavos

Müslümov Qurbanxan Fətəli oğlu

Müslümov Qurbanxan Fətəli oğlu 2 mart 1968 tarixində anadan olub. 1985-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş, 1992-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1993-1995-ci ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Cərrahlıq ixtisası üzrə kliniki ordinatura keçmişdir. 1995-ci ldən bu günə qədər M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Mədə-bağırsaq cərrahlığı şöbəsində kiçik elmi işçi, hazırda isə baş elmi işçi və aparıcı cərrah vəzifəsində işləyir. 2004-2009-cu illərdə Almaniyanın Heidelberq Universitetinin Mannheim Cərrahlıq Klinikasında ümumi, visseral, laparoskopik və onkoloji cərrahiyyə üzrə çalışmış və  eyni zamanda doktorluq dissertasiyasını tamamlamışdır.1999-cu ildə Öd yollarının çapıq strikturalarının cərrahi müalicəsi mövzusunda tibb elmləri namizədliyi, 2009-cu ildə isə Pankreasın xərçənginin cərrahi müalicəsinin nəticələrinə bəzi gen faktorlarının təsiri mövzusunda doktorluq dissertasiyasını həm Almaniyada, həm də Azərbaycanda müdafiə etmişdir.

2007-ci ildən M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində Elmi Katib vəzifəsində işləyir.

2014-cü ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahlıq kafedrasında professor vəzifəsində çalışır. 

2014-cü ildə Avropanın cərrahiyyə üzrə ən reytinqli treyninq kurslarından olan Davos Qastrointestinal Cərrahiyyə Kurslarının treyneridir.

2017-ci ildən Özbəkistan Respublikası Həkimləri Təkmilləşdirmə İnstitutu və Elmi Tədqiqat Təcili Cərrahiyyə İnstitutunun Fəxri Professorudur.

Təcrübə portfeli:

• 1993-1995- M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, kliniki ordinatura
• 1993-bu günə qədər- M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, baş elmi işçi
• 1997-bu günə qədər – M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin Elmi Katibi
• 2000- Namizədlik dissertasiyasının müdafiəsi
• 2004-2009 – Almaniyanın Heidelberg Universitetinin Mannhaym Cərrahlıq Klinikası, visseral və laparoskopik • cərrahiyyə üzrə felloşip və doktorant
• 2008 – Almaniyanın Heidelberg Universitetinin Mannhaym Cərrahlıq Klinikasında doktorluq dissertasiyasının habilitasiyası
• 2009 – Azərbaycanda doktorluq dissertasiyasının müdafiəsi
• 2008, 2011,2013, 2015,2016 – Beynəlxalq Tibbi Kongreslərinin təşkilatçısı və sədri
• 2008 – Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkili və həmsədri
• 2013-2015 – Avropa Tibb Universitetlərinin təsisçisi olduğu Davos Gastrointestinal Cərrahi Treyning Kurslarının Treyneri
• 2016 –Davos Gastrointestinal Cərrahi Treyning Kurslarının Fakültə üzvü
• Hepato-Pankreato-Biliar Cərrahlıq üzrə 5 aylıq ixtisas kursu, 2005
• Laparoskopik Cərrahiyyə üzrə 1 illik ixtisaslaşma kursu, 2009-2010, Almaniya

1993- bu günə qədər M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ümumi, visseral və laparoskopik cərrah
2004-2009 – Almaniyanın Mannheim Universitet klinikasında ümumi və visseral cərrah
2014- İsveçrə Davos Gastrointestinal Cərrahiyyə Kursunun treyneri
2014 – Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru

Background pattern
Colors
Layout style