Bu gün (24 fevral) Prof. Qurbanxan Müslümov canlı yayımda Vipl əməliyyatı icra edəcək!

Bu gün saat 15:00da Prof. Müslümov tərəfindən Laparoskopik cərrahiyyə üzrə növbəti ustad dərsi keçirəcək. Canlı yayımda Pankreas başının törəməsinə görə Laparoskopik Vipl əməliyyatı translyatsiya ediləcəkdir. Əməliyyat zamanı iri damarların laparoskopik disseksiyası, Hepato-Pankreato-Billier zonanın laparoskopik cərrahi anatomiyası, aşağı boş vena, aorta, portal vena, yuxarı mezenterik venaın disseksiyası, disseksiya zamanı elektro cərrahiyyənin istifadə prinsipləri, qanamanın dayandırılması və profiloktikası və s. mövzularda iştirakçılara ətraflı məlumat veriləcək, həmçinin canlı diskussiya aparılacaqdır. Əməliyyatı izləmək üçün Prof. Müslümovun YouTube kanalına (aşağıdakı linkdə) abunə olaraq izləyə bilərsiniz.