Sosial Mediada izləyin:

Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb

M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzinin kolorektal cərrahlıq şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb. “Dekabrın 27-dən 29-dək Özbəkistan Səhiyyə Nazirliyi və Namanqan Dövlət Universitetinin dəvəti ilə Özbəkistanın Namanqan vilayətində keçirilən təkmil laparoskopik cərrahiyyə üzrə ustad dərslərinə rəhbərlik etdim. 200-ə yaxın cərrah və tələbələr üçün leksiyalar oxundu, üç gün ərzində…

Read More

Laparoskopik Qidalandırıcı Yeyunostomanın qoyulması

Bildiyiniz kimi Prof. Qurbanxan Müslümov mütəmadi olaraq əməliyyatları Youtube kanalı üzərindən canlı yayımlayır. Bu dəfə də Qidalandırıcı Yeyunostomanın qoyulması əməliyyatını canlı yayımlamışdı. Xəstənin vəziyyəti hazırda yaxşıdır. Əməliyyatı izləmək üçün aşağıdakı linkə daxil olun. Eyni zamanda yayımlanan canlı əməliyyatları izləmək, diskussiyalara qatılmaq üçün Prof. Qurbanxan Müslümovun Youtube kanalını izləyə bilərsiniz.  

Read More

Özbəkistan Respublikası ilə bağlanan əməkdaşlıq müqaviləsi

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti (AZMİCC) ilə Özbəkistan Respublikası Namanqan vilayətinin Səhiyyə İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Nəzərinizə çatdırırıq ki 7.12.2021-9.12.2021 tarixlərində Namanqan vilayəti Səhiyyıə İdarəsinin nümayəndəsi, Anamed çoxprofilli tibb mərkəzinin rəhbərliyi və bir sıra mütəxəssislər Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı onlar AZMİCC və Azərbaycan-Almaniya Tibbi əməkdaşlıq Cəmiyyəti nəzdində fəaliyyət göstərən Almaz Akademie Tibbi…

Read More

Canlı yayımlanan Laparoskopik Total Qastroektomiya

Bildiyiniz kimi Prof. Qurbanxan Müslümov mütəmadi olaraq icra etdiyi əməliyyatları öz Youtube kanalı üzərindən canlı yayımlayır. Hazırda da Professor Laparoskopik Total Qastroektomiya əməliyyatını canlı yayımda icra edir. Əməliyyatın gedişini canlı izləmək və diskussiyalara qoşulmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz. Eyni zamanda bütün əməliyyatlardan xəbərdar olmaq üçün kanala abunə ola bilərsiniz.

Read More

Professor Qurbanxan Müslümovun uğurla icra etdiyi çətin əməliyyatlardan biri

Professor Qurbanxan Müslümov 18 noyabr tarixində çətin olan Laparoskopik sağtərəfli Hemikolektomiya əməliyyatını uğurla icra etmişdir. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Əməliyyat canlı olaraq Youtube kanalında yayımlanmışdı. Videonu izləmək üçün aşağıdakı linkə daxil olun. Yeni videolardan xəbərdar olmaq, izləmək üçün Prof. Qurbanxan Müslümovun Youtube kanalına abunə ola bilərsiniz.

Read More

AZƏRBAYCANLI PROFESSOR TACİKİSTAN RESPUBLİKASINDA CƏRRAHİYYƏ ÜZRƏ 3 GÜNLÜK USTAD DƏRSLƏRİ VERMİŞDİR

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin rəsmi saytına istinadən verdiyimiz məlumata görə 29 Sentyabr-14 Oktyabr 2021-ci il tarixlərində Tacikistan Səhiyyə Nazirliyinin göndərişi ilə Tacikstanın Baş Cərrahının rəhbərliyi altında bir qrup tacikistanlı cərrah Azərbaycanda ixtisasartırma kursunda olmuşdular. Kurs iştirakçıları öz vətənlərinə geri döndükdən sonra Tacikistan Səhiyyə Nazirliyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi və…

Read More

Azərbaycanlı professor beynəlxalq toplantıda mədəaltı vəzi üzərində laparoskopik əməliyyatlar barədə onlayn məruzə edib

  Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almazakademie Tibbi Treyninq Mərkəzinin sədri Qurbanxan Müslümov noyabrın 10-13-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Avrasiya Təcili Cərrahiyyə Cəmiyyətinin birinci və Özbəkistan Təcili Yardım Cəmiyyətinin beşinci konqresində iştirak edib. AZƏRTAC xəbər verir ki, həmin nüfuzlu cəmiyyətin təsisçilərindən və konqresin sədrlərindən biri olan azərbaycanlı professor…

Read More

Mürəkkəb laparoskopik əməliyyatlar Tacikistanda ilk dəfə olaraq azərbaycanlı professor tərəfindən icra edilib

Tacikistan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almazakademie Tibbi Treyninq Mərkəzinin sədri, professor Qurbanxan Müslümov Tacikistanda səfərdədir. AZƏRTAC xəbər verir ki, azərbaycanlı professor Tacikistan Respublikası Cərrahlar Cəmiyyətinin xüsusi toplantısında 300-ə yaxın iştirakçı üçün müasir cərrahiyyənin nailiyyətləri barədə bir neçə məruzə ilə çıxış…

Read More

Düşənbə şəhərində keçirilən ustad dərsləri barədə elan!

Əziz həmkarlar, tələbələr, rezidentlər! Məlumat üçün qeyd edək ki, hazırda Prof. Qurbanxan Müslümov Tacikistan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə Düşənbə şəhərindədir. Bu gün Tacikistan Respublikası Cərrahlar Cəmiyyətinin xüsusi növbədənkənar toplantısında onun məruzəsi və canlı yayımında sağ tərəfli D3 Laparoskopik Hemikoliektomiya və Laparoskopik düz bağırsağın ön rezeksiyası əməliyyatları icra ediləcək. Onların texnikası izah ediləcək və interaktiv…

Read More

Tacikistanda baş tutan ustad dərsləri!

Xəbər verdiyimiz kimi, 29.09.2021-12.10.2021-ci il tarixində Tacikistan Respublikasının baş cərrahının rəhbərliyi ilə cərrahlardan ibarət nümayəndə heyəti Bakıda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin Prezidenti , Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbəri professor Qurbanxan Müslümovun yanında təkmil laparoskopik cərrahiyyə kursu keçmək üçün Bakıya gəlmişdilər. Kurs zamanı onlar dünyada nadir icra olunan əməliyyatlarda iştirak etmiş, müasir avadanlıqlarla…

Read More