Sosial Mediada izləyin:

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti seminarı baş tutdu!

Bu gün Bakıda, “İbis City” Hoteldə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC in növbəti seminarı keçirildi. Dr. Zaur Xəlilov və Dr. Əli Allahverdiyevin sədrliyi ilə keçirilən toplantıda Prof.Dr. Qurbanxan Müslümov, Dr. İlqar İsmayılov və Dr. Yusif Əliyarovun düz bağırsaq cərrahiyyəsinin müxtəlif aspektlərinə həsr edilmiş məruzələri dinlənildi. Sonra Prof. Q. Müslümov tərəfindən Düz bağırsağın şişinə…

Read More

Almaniyanın Köln şəhərində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin forumu başa çatdı.

Almaniyanın Köln şəhərində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin forumu başa çatdı. İlk növbədə forumda iştirak üçün dəvətə görə Forumun təşkilatçılarına və tədbirin keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycanın Almaniyadakı Səfirliyi və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə öz təşəkkürümü bildirirəm. Forum zamanı azərbaycanlı həkimlərimizin Almaniyada qazandıqları uğurlarını görmək çox xoş oldu. Görkəmli kardioloq Natiq Həsənovun sayılan…

Read More

Səmərqənddə baş tutan tədbir

Prof.Qurbanxan Müslümov Özbəkistanın Səmərqənd şəhərində baş tutan və 21 mayadək davam edəcək “Təcili cərrahi yardımın təşkilinin aktual problemləri: Təcili cərrahiyyədə invaziv texnologiyaların rolu və yerinə həsr olunmuş XVI Respublika elmi-praktiki konfransı (Actual issues of emergency medicine: The role and Place of the Minimally İnvasive Technologies in the Emergency Medicine)” tədbirində iştirak edir. Dünən yəni, 19…

Read More

GÖRKƏMLİ ALİMİN UĞURLARI

  Dünyanın düz vaxtlarıydı. Lerikin ucqar Buruq kəndində Fətəli kişinin ailəsində 10 uşaq böyüyürdü. Ailənin qayğıları başdan aşırdı. O vaxt heç kimin ağlına gəlməzdi ki, bu ailənin iki oğlan övladı gələcəkdə görkəmli alim kimi tanınacaq, el-obaya, respublikamızın elmi ictimaiyyətinə ad-san, nüfuz, şöhrət gətirəcəkdir. Ailənin böyük oğlu Xubəli müəllim fizika-riyaziyyat elmləri doktoru, professordur. Respublika Milli Elmlər…

Read More

Davos kurslarına qeydiyyat başlayır.

Isveçrənin Davos şəhərində hər il keçirilən Davos Qastrointestinal Cərrahiyyə Kurslarina qeydiyyat davam edir. Kurslar 7-12 Aprel 2018 tarixlərində ümumi və laparoskopik cərrahiyyə üzrə 3 səviyyədə keçiriləcək və iştirakçılara 50 beynəlxalq CME krediti olan sertifikat veriləcəkdir. İştirak etmək istəyənlər bizə müraciəet edə və ya birbaşa qeydiyyatdan keçə bilərlər

Read More

Cərrahiyyənin fundamental prinsiplərinə həsr edilmiş mühazirə-treninq təşkil edilmişdir

02.03.2018 ci il tarixdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində rezident və gənc həkimlər üçün cərrahiyyənin fundamental prinsiplərinə həsr edilmiş mühazirə-treyninq təşkil edilmişdir. Prof.Q.Müslümov  “Açıq və Laparoskopik cərrahiyyədə istifadə edilən müasir düyünvurma texnikaları” mövzusunda  məruzə oxumuşdur. Mühazirə zamanı həm açıq, həm də laparoskopik cərrahiyyədə istifadə edilən düyünlərin növləri, xarakteristikası, bu zaman istifadə edilən alətlər  və s….

Read More

Gənc xəstənin əməliyyatdan sonrakı vəziyyəti

15 aprel tarixində Prof. Qurbanxan Müslümov və komandası tərəfindən Laparoskopik sol tərəfli Hemipankreatektomiya əməliyyatı canlı yayımda baş tutmuşdur. Gənc xəstə ürəkbulanma şikayəti ilə gəlmişdir. Əməliyyatdan sonrakı 5-ci gün xəstə evə buraxılmışdır. Yenidən yoxlanışa gələn xəstədə heç bir problem aşkar edilməmişdir. Xəstənin kompüter tomoqrafiyalarına, çıxarılan rezektata və xəstənin əməliyyatdan sonra yoxlanışa gəldikdə danışdığı təəsürratlarına aşağıdakı linkə…

Read More

Xroniki pankreatitə görə Laparoskopik Pustou əməliyyatından 1 həftə sonra

27 aprel tarixində Prof. Qurbanxan Müslümov və komandası tərəfindən icra olunan Xroniki pankreatitə görə Laparoskopik Pustou əməliyyatından sonra Professor Müslümov xəstəyə baş çəkmişdir. Xəstədə heç bir problem olmadığından xəstə əməliyyatdan bir neçə gün sonra evə buraxılmışdır. Əməliyyatdan 1 həftə sonra yenidən yoxlanışa gələn xəstədə heç bir problem aşkar edilməmişdir. Aşağıdakı linkə daxil olaraq xəstənin kompüter…

Read More

Səhiyyə Nazirliyi 4.Azərbaycan-Alman-Türk Tibb Konqresi və 3.Baki Beynəlxalq Tibbi Treninq Günlərini Davamlı Tİbb Təhsili verən tədbir kimi tanıdı.

 , Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının 08.02.2018-ci il tarixində keçirilmiş iclasında 4.Azərbaycan-Alman-Türk Tibb Konqresinin akkreditasiya məsələsinə baxilmışdır. 4.Azərbaycan-Alman-Türk Tibb Konqresi və 3.Baki Beynəlxalq Tibbi Treyninq Günləri Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınmış və Konqresə 34 Kredit balı verilmişdir. Bu o deməkdir ki, cərrahiyyə, ginekologiya, urologiya, radiologiya, ultrasonoqrafiya, endoskopiya,elektrokardioqrafiya, intensiv terapiya kimi sahələr üzrə…

Read More

Azərbaycanda beynəlxalq səviyyəli 5. Azərbaycan- Alman- Türk Tibb Kongresi keçiriləcəkdir.

Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyyəti 2014-cü ildən başlayaraq Milli Onkologiya Mərkəzinin təşkilatı dəstəyi ilə Azərbaycanda beynəlxalq səviyyəli Azərbaycan-Alman-Türk Tibb Konqresinin keçirilməsinə başlamışdır. 2015-ci ildə isə Azərbaycan, Almaniya, İsveçrə və Türkiyədən olan 20-yə yaxın tibb mütəxəssislərinin iştirakı ilə Bakı Beynəlxalq Tibbi Treyninq Günləri fakültəsi yaradılaraq konqres çərçivəsində ilk dəfə ən müasir mulyajlardan, simulyatorlardan və treyninq modellərindən…

Read More