Professor Qurbanxan Müslümov Özbəkistan Respublikası Buxara Tibb Universitetinin yaradılmasının 30 illiyinə həsr olunmuş onlayn konqresdə açılış nitqi ilə çıxış etdi.

Bu gün azərbaycanlı alim, Mustafa Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Kolorektal Cərrahiyyə bölümünün rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov Özbəkistan Respublikası Buxara Tibb Universitetinin yaradılmasının 30 illiyinə həsr olunmuş onlayn konqresdə açılış nitqi ilə çıxış etmişdir.

Nəzərinizə çatdırırıq ki, Qurbanxan Müslümov Özbəkistanda tibbin, cərrahiyyənin eləcə də Buxara Tibb Universitetində Avropada tədris olunan tibbi tədris proqramlarının tətbiqinə görə Özbəkistanın Təcili Tibbi Yardım İnstitutunun və eləcə də 2017-ci ildə Buxara Tibb Universitetinin Fəxri Professoru seçilmişdir.

Ona görə də requlyar olaraq Buxara Tibb Universitetinin tələbələri və müəllim heyyəti qarşısında eləcə də Özbəkistanın digər tibb müəssisələrində təlim kursları keçirir və məruzələrlərlə çıxış edir. Bu dəfə də onlayn konqresin açılış mərasimində öz çıxışında Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi tibb sahəsində də sıx əlaqələrin olduğunu bildirmiş və bu əməkdaşlığın istər Özbəkistanda istərsə də Azərbaycanda tibbin inkişafına kömək edəcəyinə əmin olduğunu bildirmişdir. Konqresin gedişində 2021-ci ildə Buxara Tibb Universitetində böyük Avrasiya Tibb Konqresinin keçirilməsi məsələsi də müzakieə edilmişdir.