Almaz Akademi ilə Özbəkistanın Təcili Tibbi Yardım mərkəzi arasında memorandum imzalanmışdır.
Azərbaycan Respublikası Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti nəzdində fəaliyyət göstərən Almaz Akademi ilə Özbəkistanın Buxarada yerləşən aparıcı tibb müəssisələrindən biri olan Təcili Tibbi Yardım mərkəzi xəstəxanası arasında memorandum imzalanmışdır. Memorandumun şərtlərinə görə mütamadi olaraq orada çalışan cərrahlar, anestezioloqlar, radioloqlar, qastroenteroloqlar ixtisas artırma kursu təşkil etmək üçün Almaz Akademi tərəfindən və Minimal İnvaziv Cərrahlar Cəmiyyəti tərəfindən təşkil edilmiş Fellowship proqramına qatılacaq. Başda Professor Qurbanxan Müslümov olmaq şərtilə Azərbaycandan gələn aparıcı mütəxəssislər tərəfindən mütəmadi olaraq həmən klinikada ustad dərsləri təşkil edəcəkdir. Eləcə də xəstələrin online konsultasiyası, Teletəbabət və online müayinələrin aparılması Almaz Akademi ilə Buxara Tibb Mərkəzi arasındakı müqavilənin şərtlərinə görə birgə aparılacaqdır. Bu əməkdaşlıq Azərbaycanla Özbəkistan arasında olan əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.