Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 1-ci Konqresi

Əziz dostlar,
Dəyərli kolleqalar,
9-12 May 2024-cü il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC in 1-ci Konqresi baş tutdu. 350 yerli və 150 xarici iştirakçının qatıldığı bu konqresin ən böyük özəlliklərindən biri 4 günlük canlı cərrahiyyə kursunun və ustad dərslərinin keçirilməsi oldu. Əsl marafonu xatırladan canlı cərrahiyyə kursu ( Milli Onkologiya Mərkəzi, M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Abşeron Mərkəzi Xəstəxanası, Mərkəzi Kliniki Xəstəxana, LivBonaDea Hospital, German Hospital və Kraton klinikaları) çərçivəsində 30 xəstə üzərində canlı əməliyyatı icra edilərək konqres zalına translyasiya edilməklə bizim və Azərbaycan cərrahiyyəsinin nəyə qadir olduğunu ortaya qoydu.
Konqresin digər özəlliyi 15 ixtisas üzrə tibbi treninq kursları və ustad dərsləri də təşkil edilməsi olmuşdur. Türkiyə Cərrahi Həmşirəliyi dərnəyinin dəstəyi ilə təşkil olunan Cərrahiyyə və Əməliyyatxana Tibb Bacılarının 1. Konqresi çərçivəsində də Azərbaycanın bütün regionlarında gəlmiş 100-dən çox tibb bacısı üçün maraqlı seminarlar və treninq kursları təşkil edilmişdir.
Konqresə qardaş Özbəkistandan 100-ə yaxın mütəxəssis qatılması uzun illər ərtzində bu yönümdə gördüyümüz işlərin nəticəsi və Azərbaycanda Minimal İnvaziv Cərrahiyyənin inkişaf göstəricisidir.
Konqres Prezidentləri olaraq ilk növbədə bu tədbirin təşkilinə verdikləri dəstəyə görə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin İdarə Heyyətinin üzvləri – Əli Allahverdiyev, Zaur Xəlilov, Emil Muxtarov, İlqar İsmayılov, Fərid Rəfiyev, Ağakişi Yəhyayev, Nicat Alışev, Tarverdi Rzayev, bu uğurda xüsusi paylarıı olan Vüqar Behbudov, Natiq Zeynalov, Zöhrə Azadova və Əzizə Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Canlı cərrahiyyə və treyninq kurslarının təşkilində əməyi olan Tapdıq Məmmədov, Həzi Aslanov, Həcər Həsənova, Turan Həsənov, Taleh Bəşirov, Vüsal Göyüşov, Azər Hümmətov, Vüqar Fəttahpur, Mahmud Mahmudov, Niyaməddin Əliyev, Əli Baxşəliyev, İlyas Həsənov, İlkin Haşımov, Cavid Əhmədov, bu əməliyyatların icra edildiyi Milli Onkologiya Mərkəzi, M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Respubluka Diaqnostika Mərkəzi, Abşeron Mərkəzi Xəstəxanası, Mərkəzi Kliniki Xəstəxana, LivBonaDea Hospital, German Hospital və Kraton klinikalarının rəhbərlərinə, moderatorlarımız Gerasim Rüstəmov, Nuru Bayramov, Samir Cavadzadə, Fuad Quliyev, Rauf Nağıyev, Elçin Ağayev, Bəxtiyar Musayev, İlahə Quliyeva, Rəşad Şolan, Taryel Ömərov, Elğün Səmədov, İlham Qafarov, Elman İbrahimov, çoxsaylı xarici və yerli məruzəçilərimizə, tədbirin sponsorlarına, başda BioLitek şirkəti, KRKA, B/Braun, SolPharma, İmago, Medeks və Kraton şirkətlərinə və adını çəkmədiyimiz əməyi olan hər kəsə minnətdarıq.
Xüsusi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinə tədbirin təşkilinə verdikləri dəstəyə görə təşəkkür edirik. təşkilat qrupuna və əməyi keçən hər kəsə dərin minnətdarlığımılzı bildiririk.
KONQRES PREZİDENTLƏRİ
QURBANXAN MÜSLÜMOV
İSLAM MAHALOV