Sosial Mediada izləyin:

4.Azərbaycan-Alman-Türk Tibb Konqresinin fəaliyyəti uğurla davam edir

  Aprelin 27-də Milli OnkologiyaMərkəzi,  M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və  Azərbaycan Almaniya  Tibbi  Əməkdaşlıq Cəmiyyətinin  təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi və konqres çərçivəsində III Bakı beynəlxalq tibbi treyninq günləri işini davam etdirmişdir. Konqres öz işini səhər saat 08-00-da treyninqlərlə başlayaraq  sonradan Almaniya, İsveçrə, Türkiyə, Rusiyadan, eləcə də Azərbaycandan olan professorların maraqlı məruzələrilə davam etmişdir. Maraqlı müzakirələr və diskussiyalar zamanı azərbaycanlı həkimlər özlərinin xarici həmkarları ilə 10-dan çox müvzu ətrafında bilik, təcrübə və bilik mübadiləsi aparmışlar. Belə ki, Prof. M. Gebel “Təcili hallarda ultrasonoqrafiya”, Prof. A. Khadjibaev “Kəskin destruktiv pankreonekroz zamanı diaqnostika və cərrahi taktika”, Prof. O. Tarçın “İntervension endoskopik ultrasonoqrafiyada nələrə nail olunmuşdur?”,  Pd Dr. Med F.Rauchfuss  “Qaraciyərin bədxassə-li şişləri zamanı  müxtəlif  yanaşmalar, Phd Dr S. Baydo  “Laparoskopik limfaadenektomiya zamanı iri damarların zədələnməsində müalicə taktikaları” kimi mövzularda çıxşları çox maraqla qarşılanmış və bu sahədə olan yeniliklər həkimlərimiz üçün böyük maraq doğurmuşdur. Azərbaycanlı professorlar xaricdən olan həmkarları ilə birgə iclaslara və treyninqlərə moderatorluq etmiş və öz təcrübələri ilə xarici həmkarlarını tanış etmişlər. Beləliklə nəinki həkimlərimiz xarici həmkarlarının vasitəsilə müasir təbabətin aktual problemləri və onların qarşısının alınması üsullari ilə tanış olmuş, eləcə də öz təcrübələri və Azərbaycan təbabətinin uğurları ilə bölüşmüşlər.

       Bununla yanaşı, laparoskopik və ümumi cərrahiyyə, ginekologiya, ultrasəs diaqnostikası, endoskopiya,  intensiv terapiya sahəsində  yerli ekspertlərimiz Avropa və yaxın xaricdən gələn kolleqaları ilə birlikdə 200-dən çox azərbaycanlı həkimin hər birinin öz sahəsində yeniliklərə yiyələnməsi üçün çalışmış, ən müasir modellər üzərində treyninqlər icra edilmiş, həkimlərimizə mürəkkəb prosedurların icra edilməsinin texnikası başa salınmışdır.

       27 apreldə Konqresin xaricdən gəlmiş 10 nəfər professor heyyəti Milli Onkologiya Mərkəzinin qonağı olmuşlar. Mərkəzin Baş Direktoru akademik Cəmil Əliyev xarici qonaqlara Azərbaycana gəldiklərinə və həkimlərimizin ixtisaslaşması üçün görtərdiklərə səylərə görə minnatdarlığını bildirmiş, Azərbaycanda tibbin bütün sahələrində və xüsusən də onkologiya sahəsində əldə edilmiş uğurlardan danışmışdır.

       Digər sevidndirici məqamlardan biri odur ki, konqresin gedişində Özbəkistan Həkimləri Təkmilləşdirmə İnstitutu və Almaz Akademie Tibbi Treyninq Mərkəzi arasında azərbaycanlı mütəxəssislərin öz özbək həmkarlarının ixtisaslaşmasında iştirakına bağlı razılaşma əldə edilmişdir. Beləliklə bundan sonra Özbəkistan həkimləri tibbin yeniliklərinə yiyələnmək üçün Avropa ölkələrinə deyil, məhz Azərbaycana gələcəklər.

        Nəzərinizə çatıdırırıq ki, konqress işini sabah da davam etdirəcək.