Bu gün düz 1 il bundan əvvəl Azərbaycanda ilk dəfə icra olunmuş Endoskopik Tiroidektemiya (kəsiksiz, izsiz zob) əməliyyatından 1 il keçir. İlk əməliyyat icra olunmuş xəstə bu gün təkrar müayinəyə gəlmiş və öz təəssüratlarını bölüşmüşdür.
Nəzərinizə çatdırırıq ki, bu əməliyyat müasir cərrahiyyənin əsasən də Endoskopik cərrahiyyənin əldə etdiyi ən böyük uğurlardan biridir. Məlum olduğu kimi zob əməliyyatı adətən boğaz nahiyəsində 6-7 sm bəzən isə daha uzun bir kəsik kəsilməklə icra olunur və nəzərə alsaq ki, bu əməliyyat daha çox gənc yaşlı qadınlarda icra olunur, əməliyyatdan sonra ömür boyu bədənin ən görünən bir sahəsində, ən böyük estetik pozğunluqlar verən bir nahiyədə bir kəsiyin, çapığın olması xəstənin həyat keyfiyyətini əhəmiyyətli sürətdə azaldır. Lakin son illər cərrahiyyənin inkişafı, endoskopiyada yeni texnologiyaların tətbiqi bu əməliyyatı da kəsik aparmadan, heç bir iz qoymadan icra etməyə imkan verir. Belə ki, bu əməliyyatlar xəstənin qoltuq altı nahiyəsindən 1 sm-lik kiçik kəsiklərdən icra olunur və əməliyyatdan sonrakı müddətdə də xəstədə heç bir iz və kəsik qalmır. Ona görə də haqlı olaraq bu cərrahiyyəni “izsiz, kəsiksiz cərrahiyyə” adlandırırlar.