Bu gün Professor Qurbanxan Müslümov Özbəkistan Vahidov adına Elmi Cərrahiyyə Mərkəzində onlayn Doktorluq işinin müdafiəsində rəsmi opponent kimi çıxış etmişdir.

Bu gün Professor Qurbanxan Müslümov Özbəkistan Vahidov adına Elmi Cərrahiyyə Mərkəzində Zoom platforması vasitəsi ilə keçirilən Doktorluq işinin müdafiəsində rəsmi opponent kimi çıxış etmişdir. Son illər pandemiya şəraiti həyatımızda çox şeyləri dəyişdirdi eləcə də elmi tədbirlərin keçirilməsinə baxış yeniləndi. Artıq uzun müddətdir ki, dünyanın əksər yerlərində professional cəmiyyətlərin konqresləri, seminarlar onlayn formatda əsasən də Zoom platforması üzərindən keçirilir və bu tədbirlərdə Professor Müslümov da istər Avropada, istər dünyanın digər aparıcı ölkələrində, özünün də Fəxri Professoru olduğu Özbəkistan universitetləri ilə də əlaqələrini davam etdirir.

Müdafiənin gedişində Professor Müslümov Özbəkistandan olan həmkarları ilə yaxın gələcəkdə Özbəkitanda Orta Asiya ölkələrini və bütün türk dilli dövlətləri birləşdirəcək böyük bir regional konqresin və treyninq kurslarının keçirilməsi məsələsini də müzakirə etmişdir.