Sosial Mediada izləyin:

admin

Laparoskopik Düz bağırsağın aşağı ön rezeksiyası əməliyyatı

Bildiyiniz kimi professor Qurbanxan Müslümov öz Youtube kanalı üzərindən mütəmadi olaraq icra etdiyi əməliyyatları canlı şəkildə yayımlayır. Bu dəfə də Laparoskopik Düz bağırsağın aşağı ön rezeksiyası əməliyyatını canlı yayımda icra etdi. Dünən yayımlanan əməliyyat iki hissədən ibarətdir. Canlı yayım zamanı Prof. öz təcrübələrini canlı yayımı izləyən və sonradan izləyəcək olan həkimlər, rezidentlər, tələbələrlə bölüşdü. Əməliyyat…

Read More

Canlı Laparoskopik Soltərəfli hemikolektomiya/Live laparoscopic left hemicolectomy for diverculitis

Professor Qurbanxan Müslümov keçdiyimiz günlərdə yenidən çətin bir əməliyyatı YouTube kanalı üzərindən canlı yayımlamışdır. 1 saatlıq canlı yayımda Prof. Laparoskopik əməliyyatın nüanslarından bəhs etmişdir. Laparoskopik Soltərəfli hemikolektomiya əməliyyatı uğurla başa çatmışdır. Hazırda xəstə evə buraxılıb və vəziyyəti yaxşıdır. Professor mütəmadi olaraq icra etdiyi əməliyyatları YouTube kanalı üzərindən canlı yayımlayır. Həkim, rezident və tələbələr üçün öyrədici olan…

Read More

Bu gün canlı yayımlanacaq Vipl əməliyyatı

Bu gün periampulyar törəməyə görə youtube kanalımızda canlı yayımda Laparoskopik WİPL əməliyyatı icra edəcəyimiz xəstənin çox maraqlı anomal visseral arterial anatomiyası ( izahı videoda). Canlı yayımda əməliyyatı izləmək üçün aşağıdakı linkə daxil olun. https://youtube.com/channel/UCqHFvGtjsscGpzeB_tG9MOg Canlı yayımın vaxtı : bu gün 31.03.2022 saat 15.00.  

Read More

“Laparoskopik cərrahiyyədə Anastamoz texnikaları” seminar-treninqimiz baş tutdu!

2-3 Mart, 2022 il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və AlmazAkademie Tibbi Treyninq Mərkəzi tərəfindən Seminar-Treyninqlər təşkil edilmişdir. 2 Mart tarixində “İbis” oteldə baş tutan elmi seminarda Laparoskopik Cərrahiyyədə müasir anastomoz texnikaları mövzusunda maraqlı mühazirələr və diskussiyalar təşkil edildi. Əsas məruzə ilə çıxış edən Prof. Qurbaxan Müslümov müxtəlif laparoskopik anastomoz texnikaları, özünün müəllifi olduğu…

Read More

Azərbaycanda laparoskopik cərrahiyyə üzrə kurs keçən özbəkistanlı cərrahlara sertifikatlar təqdim edilib

M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin özbəkistanlı cərrahlar üçün birgə təşkil etdiyi “İrəli laparoskopik cərrahiyyə üzrə ixtisasartırma” kursu uğurla başa çatıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildirilib ki, üç həftəlik kurs müddətində iştirakçılara M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, “Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti”nin sədri professor Qurbanxan Müslümov…

Read More

Prof. Q. Müslümovun Almaniya konqresində məruzəsi

Almaniyada eləcə də Avropada pankreas cərrahlığı sahəsində ən nüfuzlu konqreslərdən sayılan Alman Pankreatik Klubu ənənəvi olaraq uzun illər pankreas cərrahlığının mırkızləri sayılan Heidelberq və ya Münxen şəhərlərində keçirilirdi. Artıq bu sıraya pankreas cərrahlığının fanatı sayılan və dünyada laparoskopik və robotik Vipple sayına görə liderlərdən biri olan prof. Tobias Keckin sayəsində Lübek şəhəri də qatılıb. Bu…

Read More

Almaniyanın Köln şəhərində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin forumu başa çatdı.

Almaniyanın Köln şəhərində keçirilən Almaniyadakı azərbaycanlı həkimlərin forumu başa çatdı. İlk növbədə forumda iştirak üçün dəvətə görə Forumun təşkilatçılarına və tədbirin keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycanın Almaniyadakı Səfirliyi və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə öz təşəkkürümü bildirirəm. Forum zamanı azərbaycanlı həkimlərimizin Almaniyada qazandıqları uğurlarını görmək çox xoş oldu. Görkəmli kardioloq Natiq Həsənovun sayılan…

Read More

Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb

M.Topçubaşov Elmi Cərrahiyyə Mərkəzinin kolorektal cərrahlıq şöbəsinin rəhbəri, professor Qurbanxan Müslümov Özbəkistanın Namanqan Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb. “Dekabrın 27-dən 29-dək Özbəkistan Səhiyyə Nazirliyi və Namanqan Dövlət Universitetinin dəvəti ilə Özbəkistanın Namanqan vilayətində keçirilən təkmil laparoskopik cərrahiyyə üzrə ustad dərslərinə rəhbərlik etdim. 200-ə yaxın cərrah və tələbələr üçün leksiyalar oxundu, üç gün ərzində…

Read More

Laparoskopik Qidalandırıcı Yeyunostomanın qoyulması

Bildiyiniz kimi Prof. Qurbanxan Müslümov mütəmadi olaraq əməliyyatları Youtube kanalı üzərindən canlı yayımlayır. Bu dəfə də Qidalandırıcı Yeyunostomanın qoyulması əməliyyatını canlı yayımlamışdı. Xəstənin vəziyyəti hazırda yaxşıdır. Əməliyyatı izləmək üçün aşağıdakı linkə daxil olun. Eyni zamanda yayımlanan canlı əməliyyatları izləmək, diskussiyalara qatılmaq üçün Prof. Qurbanxan Müslümovun Youtube kanalını izləyə bilərsiniz.  

Read More

Özbəkistan Respublikası ilə bağlanan əməkdaşlıq müqaviləsi

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti (AZMİCC) ilə Özbəkistan Respublikası Namanqan vilayətinin Səhiyyə İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Nəzərinizə çatdırırıq ki 7.12.2021-9.12.2021 tarixlərində Namanqan vilayəti Səhiyyıə İdarəsinin nümayəndəsi, Anamed çoxprofilli tibb mərkəzinin rəhbərliyi və bir sıra mütəxəssislər Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı onlar AZMİCC və Azərbaycan-Almaniya Tibbi əməkdaşlıq Cəmiyyəti nəzdində fəaliyyət göstərən Almaz Akademie Tibbi…

Read More