“Laparoskopik cərrahiyyədə Anastamoz texnikaları” seminar-treninqimiz baş tutdu!
2-3 Mart, 2022 il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və AlmazAkademie Tibbi Treyninq Mərkəzi tərəfindən Seminar-Treyninqlər təşkil edilmişdir. 2 Mart tarixində “İbis” oteldə baş tutan elmi seminarda Laparoskopik Cərrahiyyədə müasir anastomoz texnikaları mövzusunda maraqlı mühazirələr və diskussiyalar təşkil edildi. Əsas məruzə ilə çıxış edən Prof. Qurbaxan Müslümov müxtəlif laparoskopik anastomoz texnikaları, özünün müəllifi olduğu…
