“Laparoskopik cərrahiyyədə Anastamoz texnikaları” seminar-treyninqimiz baş tutdu!

2-3 Mart, 2022 il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və AlmazAkademie Tibbi Treyninq Mərkəzi tərəfindən Seminar-Treyninqlər təşkil edilmişdir. 2 Mart tarixində “İbis” oteldə baş tutan elmi seminarda Laparoskopik Cərrahiyyədə müasir anastomoz texnikaları mövzusunda maraqlı mühazirələr və diskussiyalar təşkil edildi. Əsas məruzə ilə çıxış edən Prof. Qurbaxan Müslümov müxtəlif laparoskopik anastomoz texnikaları, özünün müəllifi olduğu bir neçə texnikalar və dünyada bu sahədə olan yeniliklər barədə ətraflı məlumat verdi. Ardınca Cəmiyyətin İdarə Heyətinin üzvləri Dr. Eldar Əhmədov, Dr. İlqar İsmayılov, Phd.Dr. Fərid Rəfiyev ayrı-ayrı anastomoz texnikaları və şəxsi təcrübələri ilə bağlı maraqlı məruzələrlə çıxış etdilər. PhD. Dr. Gülüstan Babayeva toplantı iştirakçıları üçün müasir Covid dönəmində cərrahiyyədə mədəqoruyucu müalicənin müasir prinsipləri barədə ətraflı məlumatlar verdi.
Toplanti KRKA şirkətinin texniki dəstəyi ilə GoTOVebinar platforması üzərində online transilyasiya edilmişdir. Tədbirin sonunda PhD. Dr. Əli Allahverdiyev və PhD. Dr. Tariyel Ömərovun moderatorluğu ilə iştirakçıların sualları cavablandırılmış və maraqlı diskussiyalar olmuşdur.
Mart ayının 3-də AlmazAkademie Tibbi Treyninq Mərkəzində ATU-nin Rezidentura şöbəsinin də iştirakı ilə rezidentlər üçün Laparoskopik tikiş və düyün texnikalarına həsr edilmiş treyninqlər təşkil edilmişdir.
Əməyi keçən hər kəsə təşəkkür edirik!