ALMAZ AKADEMİE TTM-də “Ümumi cərrahiyyə üzrə praktiki vərdişlər kursu”

ALMAZ AKADEMİE TİBBİ TREYNİNQ MƏRKƏZİN-də-  Ümumi cərrahiyyə üzrə praktiki vərdişlər kursu başlamışdır. Kurslar  həkimlər,rezidentlər və tələbələr üçün nəzərdə tutulmuşdur  və prof. Q.Müslümovun rəhbərliyi ilə keçirilir. 10.11.2017 tarixdə baş tutmuş  ilk məşğələdə prof.Q.Müslümov açıq cərrahiyyədə düyünvurma texnikası haqqında ətraflı məlumat vermiş və düyünvurmanın  müxtəlif növlərini əyani olaraq nümayiş etdirmişdir.