Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin növbəti seminarı baş tutdu!

Bu gün Bakıda, “İbis City” Hoteldə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti – AMİCC in növbəti seminarı keçirildi. Dr. Zaur Xəlilov və Dr. Əli Allahverdiyevin sədrliyi ilə keçirilən toplantıda Prof.Dr. Qurbanxan Müslümov, Dr. İlqar İsmayılov və Dr. Yusif Əliyarovun düz bağırsaq cərrahiyyəsinin müxtəlif aspektlərinə həsr edilmiş məruzələri dinlənildi. Sonra Prof. Q. Müslümov tərəfindən Düz bağırsağın şişinə görə canlı yayımda Laparoskopik düz bağırsağın ekstirpasiyası zamanı aşağı çöz damarlarının disseksiyası, mezorektal eksizion və sfinkterqoruyucu yanaşmalar demonstrasiya edildi və ətraflı müzakirə edildi.
Fasilədən sonra Prof. Elbrus Rüstəmov tərəfindən Cərrahiyyədə PPİ istifadəsi mədəqoruyucu yanaşmalar barədə maraqlı məruzə oxundu.
Əməyi keçən hər kəsə təşəkkür edirəm! Təşkilati dəstəyə görə KRKA komandasına və xüsusən Ruslan bəyə təşəkkürlər!