Daşkənddə Azərbaycan alimlərinin də iştirakı ilə beynəlxalq tədbir keçirilmişdir

11-13 dekabr 2017 tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Akademik V.Vahidov və U.Aropovun xatirəsinə həsr edilmiş “Təcili tibbin aktual məsələləri: hepatopankreatoduodenal nahiyyənin xəstəlikləri və yaralanmalarında təcili cərrahiyyə” adlı Beynəlxalq Konqres keçirilmişdir. Konqresin işində Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Belorusiyadan gəlmiş görkəmli alimlərlə yanaşı Azərbaycanlı professor Qurbanxan Müslümov da iştirak etmişdir. Həmyerlimiz konqres zamanı mədəaltı vəzin cərrahiyyəsinə aid 50-dən çox həkim üçün ustad dərsləri vermiş, leksiyalar oxumuş və həmçinin iclaslara sədrlik etmişdir. 

Nəzərinizə çatdırırıq ki, bu yaxınlarda prof.Q.F.Müslümov Özbəkistanın Elmi Təddqiqat Təcili Cərrahiyyə İnstitutunun Fəxri professoru diplomu ilə təltif edilmişdir. Azərbaycanlı alim Q.F.Müslümov konqres çərçivəsində Fəxri professoru olduğu institutun əməkdaşları üçün leksiyalar oxumaqla yanaşı həmçinin açıq və laparoskopik canlı əməliyyatlar da icra etmişdir.

12 dekabr tarixində səfər çərçivəsində Prof. Q.F.Müslümov Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş mərasimdə də iştirak etmişdir. Mərasim zamanı Heydər Əliyev Mərkəzindəki sərgidə Ulu öndərin müxtəlif illərdə həyat və yaradıcılığını əks etdirən fotolar, nəşrlər və digər eksponatlat geniş həm yerli sakinlər, həm də xarici qonaqlar tərəfindən maraqla qarşılanmışdır.Konqres çərçivəsində qonşu ölkələrlə tibbi əməkdaşlıq əlaqələri müzakirə edilmiş və bu sahədə yeni perspektivlər araşdırılmışdır.